Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-312/2025 18.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1956-cu ildə Qusar rayonu, Gedəzeyxur kəndində anadam olmuş, Qusar rauonu, Gedəzeyxur kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikjası vətəndaşı, evli, pensiyaçı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:33-də “VAZ 11193 MİNİK” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2025-ci il tarixli EQ 26992121 saylı inzibati xəta haqqında protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunmuşdur. Lakin, Şəxs qanunla müəyyən edilmiş əsaslar olmadan 03 ay müddətinə cəriməni ödəməmişdir. Həmin faktla bağlı Qusar rayon DYPŞ-nin polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıda göstərilən əsaslara görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(027)-405/2025 saylı qərarından görünür ki, Şəxs inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində şikayət vermiş, Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 26992121 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXMnin 53.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Asanpay” elektron ödəniş portalından çıxarışdan görünür ki, EQ 26992121 nömrəli, xx.xx.2025-ci il tarixli protokol mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş sübutlar Şəxs təqsirini sübuta yetirmədiyindən, şəxs barəsində başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini, həmçinin 53.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Qərarın təsviri və əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Qusar RPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-312/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-312/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver