Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-313/2023 27.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi X1, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə xx.xx.1988-ci ildə Qusar rayonu Yuxarı Tahircal kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində sərxoş halda evlərinə gələrək atası Ağamirzə Muradovla mübahisə etmiş, səs küy yaradaraq onu nalayiq sözlərlə söyməklə xırda xuliqanlıq etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, Rəşad Yunisov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə axşam saatlarında sərxoş vəziyyətdə yaşadığı evə qayıtmış və həmin vaxt ailə üzvləri ilə mübahisə edərək səs-küy salmışdır. Hazırda əməlindən peşmandır, cərimə olunmasını xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad olunan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və həmin şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 15:45-də azad edilmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin 26 sentyabr 20233-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs 15 və 16 sentyabr 2023-cü il tarixlərdə törətdiyi xırda xuliqanlıq hərəkətlərinə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokollaşdırma nömrəsi 10383 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 20:01-də Şəxs qanında alkoqolun konsentrasiyası 3.613 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətaya görə inzibati tənbeh aldıqdan sonra eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyəti məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Belə ki, həmin şəxs xırda xuliqanlıq hərəkətlərini törətməyə, həmçinin spirtli içkilərə meyilli şəxsdir, əvvəllər eyni qəbildən olan xətaya görə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq islah olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Həmçinin nəzərə alınmalıdır ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 15:45-də azad edilmişdir. İşin bu hallarını nəzərə alaraq inzibati qaydada tutulma müddəti inzibati həbs müddətindən çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq o, qəti olaraq 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-313/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-313/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver