Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-320/2020 22.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə 04 avqust 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-сi maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 26 dekabr 2019-cu il tarixdə, saat 23:00 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda daxil olmuş əməliyyat məlumatı əsasında, Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Şəxs idarə etdiyi “Mersedes-Benz Sprinter” markalı, **-TZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücü oturacağının altındakı boşluq hissədən gömrük nəzarətindən gizlədilmiş 4 ədəd “İphone 11 x4 256 GB”, ön sağ oturacağının altındakı saxlanc yerindən isə gömrük nəzarətinə bəyan olunmayan 7 ədəd “İphone 11 x4 64 GB” markalı mobil telefonlar aşkar olunaraq götürülmüş və saxlanılması üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. Həmin faktla bağlı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və x2 şöbəsinin baş təhqiqatçısı, G/X polkovnik-leytenantı x1 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddələri ilə №10000-0032/20 saylı, 06 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin 21 yanvar 2020-ci il tarixli 161 və 160/459 nömrəli, 27 fevral 2020ci il tarixli, 3534 nömrəli ekspert rəylərinə əsasən, 26 dekabr 2019-cu il tarixinə 4 ədəd “İphone 11 x4 256 GB” olan mobil telefonların olan bazar qiyməti 9520.0 (doqquz min beş yüz iyirmi) manat 7 ədəd “İphone 11 x4 64 GB” markalı mobil telefonların isə bazar qiyməti 14910 (on dörd min doqquz yüz on) manat təşkil etməklə istifadəyə yararlı olduqları müəyyən edilmişdir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi ilə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan bazar qiyməti 9520.0 (doqquz min beş yüz iyirmi) manat olan 4 ədəd “İphone 11 x4 256 GB” markalı mobil telefonlar və bazar qiyməti 14910 (on dörd min doqquz yüz on) manat olan 7 ədəd “İphone 11 x4 64 GB” markalı mobil telefonlarin ümumi bazar qiyməti 24430 (iyirmi dörd min dörd yüz otuz) manatın 40 (qırx) faizi-9772 (doqquz min yeddi yüz yetmiş iki) manat məbləğində cərimə edilməsini, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 4 ədəd “İphone 11 x4 256 GB” markalı mobil telefonların və 7 ədəd “İphone 11 x4 64 GB” markalı mobil telefonların Şəxs qaytarılsını məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinib İXM-nin 34.3-cü maddəsinə əsasən ondan götürülmüş, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan, bazar qiyməti 9520.0 (doqquz min beş yüz iyirmi) manat olan 4 ədəd “İphone 11 x4 256 GB” markalı mobil telefonların və bazar qiyməti 14910 (on dörd min doqquz yüz on) manat olan 7 ədəd “İphone 11 x4 64 GB” markalı mobil telefonlarin ümumi bazar qiyməti 24430 (iyirmi dörd min dörd yüz otuz) manatın 40 (qırx) faizi-9772 (doqquz min yeddi yüz yetmiş iki) manat məbləğində cərimə edilsin, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 4 ədəd “İphone 11 x4 256 GB” markalı mobil telefonlar və 7 ədəd “İphone 11 x4 64 GB” markalı mobil telefonlar Şəxs qaytarılsın. Qərarın surətini təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-320/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-320/2020
22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver