Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-320/2022 17.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Hüquqi şəxs «QUSARDAN” MMC (VÖEN №**********1) barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Şimal regional X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixində Şəxs MMC-də keçirilən YTM zamanı AR-nin X2 YTQ-01.2001 (6.1;6.5;9.3) bəndlərin tələbləri pozulmuşdur. Həmin faktla bağlı X6 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru d/x mayoru X5 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs «QUSARDAN” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə MN № ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 izahatında göstərmişdir ki, hazırda Şəxs MMC-nin direktoru vəzifəsində işləyir. Hazırda təmir ilə əlaqədar MMC müvəqqəti olaraq fəaliyyət göstərmir. Həmin elektrik sobanı obyektdə işləyən fəhlələr qoşmuşdur. Bundan onun xəbəri olmuşdur. Yoxlama zamanı özü həmin obyektə olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilən xususatlarla tam razıdır. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X6 Xidməti Şimal regional DYNİ-nin DYNŞ-nin nümayəndəsi X3 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Ədliyyə Nazirliyi reyestr çıxarışı verəndən sonra illik plan qurub yoxlama müddəti təyin edilib obyektlərə yoxlama aparılır. Sahibkarlıq obyektində yoxlama reyestrindən çıxarış əsasında yoxlama aparılmışdır. Həmin yoxlamanın aparılması haqqında qərar «QUSARDAN” MMCnin işçisinə imza etdirməklə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə obyektə yanğın-texniki müayinə keçirilmişdir. Yanğın-texniki müayinə zamanı obyektdə nələr olduğu sorğu-sual əsasında akt yazılmışdır. Məsul şəxsə kimi akta MMC-nin direktoru Məhəmməd Canbaxşılı tərəfindən imza edilmişdir. Həmin akt əsasında Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə «QUSARDAN” MMC-ə barəsində protokol tərtib edilmişdir. Həmin protokolu imza edərək heç bir əlavəsinin, şikayət və tələbin olmamasını bildirmişdir. Hətta qeyd edilmiş nöqsanların aradan qaldırılacağını bildirmişdir. Elektrik avadanlıqlarından düzgün istifadə edilmədiyi və yanğın xəbər verici siqnalizasiya sisteminin tam quraşdırılmaması aşkar edilmişdir. Protokol düzgün tərtib edilmişdir. Odur ki, qanuni qərar qəbul etməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1831 saylı yanğın-texniki müayinə aktından görünür ki, «QUSARDAN” MMC-nin binasında elektrik qurğuları və elektrik qurğuların istismarı zaman müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılmamışdır. Elektrik qurğuların normaya uyğunluğu haqda baxış keçirilib akt tərtib edilməmişdir. Yanğın xəbərverici siqnalizasiya qurğuları ilə tam təmin edilməmiş, mövcud yanğın xəbərverici siqnalizasiya qurğulara baxış keçirilməmiş və nasaz vəziyyətdədir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs «QUSARDAN” MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs «QUSARDAN” MMC-nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2022-ci il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «QUSARDAN” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «QUSARDAN” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs «QUSARDAN” MMC barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs «QUSARDAN” MMC (VÖEN №**********11) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-сi maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-320/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-320/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver