Məhkəmə qərarları › İş №3(029)-320/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-320/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-320/2024 23.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlunun sədrliyi ilə, Məhkəmə X3 Xidmətinin X1 rəisi Tengiz Nəzərovun MN ******* nömrəli cərimə qərarından "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: "xxxx" MMC X3 Xidmətinin X1 rəisi Tengiz Nəzərovun MN ******* nömrəli cərimə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayət 17 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materiallarını və şikayət ərizəsini nəzərdən keçirib, hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X3 Xidmətinin X1 rəisi Tengiz Nəzərovun "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məvləğində cərimə edilməsinə dair MN ******* nömrəli cərimə qərarı 16 avqust 2024-cü il tarixdə qəbul edilmiş, həmin qərarın surəti həmin tarixdə poçt xidməti tərəfindən "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC həmin qərardan X3 Xidmətinə şikayət etmiş və həmin xidmətin 24 sentyabr 2024-cü il tarixli 3-17/1-20385/2024 saylı qərardadı ilə müddətin keçməsi əsası ilə şikayət geri qaytarılmışdır. Eyni zamanda "xxxx" MMC-nin hazırkı şikayət ərizəsində də, onun tərəfindən 16 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin ötürüldüyü etiraf olunmuş və ötürülmüş müddətin bərpa edilməsi barədə vəsatət təqdim etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 17 oktyabr 2024-cü il tarixli qərardad onlara rəsmi şəkildə təqdim edilməmişdir. Onlar bu barədə yalnız 19 dekabr 2024-cü il tarixdə məhkəməyə zəng edərək məlumat əldə etmişlər. 20 dekabr 2024-cü il tarixdə Qusar rayon Məhkəməsi ilə yenidən əlaqə saxlayaraq öyrənmişlər ki, qərardad elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmişdir. Həmin gün elektron məhkəmə sisteminin mövcudluğu ilə bağlı məlumat əldə etmişlər. Əgər elektron məhkəmə sistemi barədə daha əvvəl məlumatları olsa idi, dərhal hüquqi addım ataraq vəsatəti vaxtında təqdim edərdilər. Bu səbəbdən ötrü ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını və təqdim edilmiş vəsatəti tədqiq edərək hesab edir ki, vəsatət təmin edilməməli və şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən vəsatətdə heç bir üzrlü səbəbin olmadığı müəyyən edilmişdir. Hüquqi şəxs "xxxx" MMC tərəfindən elektron kabinetdən məlumatsız olmaları nəticəsində şikayəti vaxtında vermələri mümkün olmamışdır. Lakin hüquqi şəxsin elektron kabinetdən məlumatsız olması ötürülmüş müddətin bərpa edilməsi üçün heç bir əsas təşkil etmədiyindən məhkəmə vəsatətin təmin edilməməsini və şikayət ərizəsinin geri qaytarılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi "xxxx" MMC yuxarıda göstərilən məlum qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəbi məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun tərəfindən verilmiş vəsatət təmin edilməməli və şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Yaşıl Bağlar” MMC tərəfindən verilmiş ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməsin və X3 Xidmətinin X1 rəisi Tengiz Nəzərovun MN ******* nömrəli cərimə qərarından verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar