Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-321/2020 16.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxxxx 1991-ci il tarixdəQusar rayonu Düztahir kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu Düztahir kəndindəqeydiyyatda olan və Qusar rayonu Avaran kəndində yaşayan Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon məhkəməsininxx xxxx 2020-ci il tarixli, 2(029)- 199/2020 saylıicra sənədinə əsasən X2 2110 (iki min yüz on) manat məbləğində pulu verməlidir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki, Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-199/2020 saylı icra sənədinə əsasən Şəxs 2080 (iki min səksən) manat məbləğində pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tələbkar X2 verilməlidir. Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)- 199/2020 saylı icra sənədinə əsasən borclu Şəxs tələbin könüllü icra edilməsi barədə bildiriş verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, buna baxmayaraq icra sənədini üzrsüz səbəbdən icra etməmiş, ondan izahat alınmışdır. Verilmiş olduğu izahatda borclu maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilmədiyini qeyd etmiş və xx xxxx 2020-ci il tarixədək borcunu ödəcəyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə borclu Şəxs Qusar rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nalayiq ifadələr işlədərək icra məmurlarını təhqir etmişdir. Bu bvarədə akt tərib olunaraq baxılçması üçün Qusar rayon polis şöbəsinə təqdim olunmuşdur. Qusar rayon polis şöbəsinin qərarı ilə borclu 50 (əlli) manat cərimə olunmuşdur. Hal-hazırda borclu Şəxs 2110 (iki min yüz on) manat borcu vardır. Odur ki, Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qusar rayon məhkəməsininxx xxxx 2020-ci il tarixli, 2(029)- 199/2020 saylı icra sənədinə əsasən ondan 2080 (iki min səksən) manat məbləğində pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb tələbkar X2 verilməlidir.Maddi vəziyyəti çətindir, icra sənədində qeyd edilmişməbləği ödəmək iqtidarında deyildir. Heç bir yerdə işləmir. Borcu ödəməyə maddi imkanı yoxdur. xx xxxx 2020-ci tarixdə Qusar rayon İcra və Probasiya dəvət olunarkən əsəbi olduğundan icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Maddi imkanı olanda borcu ödəyəcəkdir. Odur ki, bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və inzibati xəta törətmiş şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan icra sənədi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Həmin hərəkəti iləŞəxsAzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 17:25-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-321/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-321/2020
16.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver