Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-321/2023 24.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X12 oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şimal regional Dövlət Nəzarəti İdarəsinin 16.06. 2021-ci il tarixli MN № ******* saylı qərarından şikayət ərizəsinə Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şimal regional Dövlət Nəzarəti İdarəsinin 16.06. 2021-ci il tarixli MN № ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsi ilə təqsirli bilinərək 500 ( beş yüz) manat məbləğində cərimə edilmişdir. X3 həmin qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, 2014-cü ilin mart ayından X9 Dayaq Məntəqəsinin balansında olan 4 ferma binasının və bir inzibati binanın qəzalı vəziyyətə düşdüyü üçün fəaliyyəti dayandırılmışdır. Lakin, Azərbaycan Respublikası FHN DYNX-nin X11 Nəzarəti İdarəsi tərəfindən naməlum qaydada və naməlum şəkildə onun barəsində 2021-ci ilin mart ayında qərar qəbul edilmişdir. Həmin qərar qəbul ediləndən 2 ilə yaxın müddət ötməsinə baxmayaraq ona xx.xx.2023-cü ildə Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən məlumat verilmişdir. Azərbaycan Respublikası FHN DYNX-nin X11 Nəzarəti İdarəsinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarı qanunsuz və əsassızdır. Həmin qərarı müəssisə rəhbəri yəni onun xəbəri olmadan tərtib edilmişdir. X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş protokol qanunsuzdur, həmin bina fəaliyyət göstərmir və bu hal tərtib olunmuş akt və fotoşəkillərlə təsdiq olunur. Şikayət ərizəsində göstərilən halları nəzərə alıb, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Son məhkəmə iclasına X3 gəlməmiş, məhkəməyə ərizə göndərərək, şikayət ərizəsini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında FHN DYNX-nin nümayəndəsi X7 şikayət ərizəsinə etiraz etdiyini bildirmişdir. Azərbaycan Respublikası FHN DYNX-nin nümayəndəsi son məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3, 142.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 və Azərbaycan Respublikası FHN DYNX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində tərtib edilmiş protokol əsasız olduğundan xitam verilməli və onun şikayət ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun məktubundan görünür ki, X8 Məntəqəsində mövcud olan dövlət ferma binası və inzibati bina Baytarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan X8 Məntəqəsinin balansındadır, həmin binalar həqiqətən istismar müddətini bitirmiş, həmin binalara Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumu tərəfindən dəfələrlə baxış keçirilib və binaların istifadəyə yaramadığı qeyd edilib,yeni binaların tikilməsi üçün vəsait olmadığı üçün binalar tikilməyib, 2014-cü ildən həmin binalardan istifadə olunmur, X8 Məntəqəsində mövcud olan daşınmaz və daşınan əsas'vəssitlərin, həmçinin torpaq sahələri, iri və xırda buynuzlu mal-qara X8 Məntəqəsinin müdiri X2 öhdəsindədir və o cavabdehlik daşıyır. İş materiallarında olan X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, X8 Məntəqəsinin balansında olan 4 ferma və idarə binalarının istismar müddəti bitməsi və çöküb qəza vəziyyətdə olması ilə əlaqədar, 2014-cü ilin mart ayından istifadəsi dayandırılmışdır. Məhkəmə hesab edir ki, X8 Məntəqəsində mövcud olan dövlət ferma binası və inzibati bina Baytarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan X8 Məntəqəsinin balansındadır, həmin binaların istismar müddətini bitirdiyindən, həmin binalara Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumu tərəfindən dəfələrlə baxış keçirilib və binaların istifadəyə yaramadığı qeyd edildiyindən, çöküb qəza vəziyyətdə olduğundan X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şimal regional Dövlət Nəzarəti İdarəsinin 16.06. 2021-ci il tarixli MN № ******* saylı qərarından şikayət ərizəsi təmin edilməli ,Azərbaycan Respublikası FHN DYNX-nin X11 Nəzarəti İdarəsinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarı ləğv edilməli və həmin qərar üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şimal regional Dövlət Nəzarəti İdarəsinin 16.06. 2021-ci il tarixli MN № ******* saylı qərarından şikayət ərizəsi təmin edilsin,Azərbaycan Respublikası FHN DYNX-nin X11 Nəzarəti İdarəsinin xx.xx.2021-ci il tarixli, ******* saylı qərarı ləğv edilsin və həmin qərar üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-321/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-321/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver