Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-321/2025 01.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29578451 saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29578451 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandımışdır ki, O, AR İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ29578451 saylı Elektron Qərar qəbul edilmişdir. X7 əsasən barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Aşağıda qeyd olunanlar müvafiq Elektron Qərarın qanunsuz və əsassız olmasını, inzibati xəta tərkibinin əslində mövcud olmamasını, buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsinin zəruri olduğunu bildirmişdir. Belə ki, bildirir ki, o, xx.xx.2025-ci il tarixdə, 15:14 radələrində idarə etdiyi “MERCEDES BENZ AXOR 1829 YÜK” markalı 90OY983 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yenidən Şabran rayonu, Mollakamallı kəndi, Quba istiqamətində hərəkətdə olarkən xüsusi texniki vasitələrdən istifadə edilməklə barəsində yenidən Elektron Qərar tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Ona göndərilən fotolarda nəqliyyat vasitəsinin ümumi çəkisinin guya 28030 kq olduğu qeydə alınmışdır. Halbuki qanunvericiliklə nəzərdə tutulan həddi aşmadığı üçün (ikioxlu nəqliyyat vasitəsi üçün 18 t, üçoxlu avtomobil üçün 25 t hədd aşılmamalıdır) və barəsində tətbiq olunan elektron qərarın ləğv edilməsi üçün AYNA-ya və Baş Dövlət Yol Polisi İdarəsinə müraciətlər etmişdir. Lakin həmin qurumlardan ona hələ heç bir cavab verilməmiş və məsələyə münasibət bildirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1200 manat məbləğində cərimə edilir. Qeyd olunan maddə ilə bağlı onu bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmiş, bu barədə çıxarılmış elektron qərar qanunsuzdur. Həmin inzibati xətaya görə xx.xx.2025-ci il tarixdə barəsində qanunsuz və əsassız olaraq tərtib olunmuş elektron qarar olduğu üçün həmin ərazidə (Şabran rayonu, Mollakamallı kəndi, Quba istiqamətində) yenidən hərəkətdə olarkən barəsində İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən 1200 manat məbləğində cərimə tətbiq edilmişdir. Halbuki, inzibati xəta törətmədiyi halda İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən barəmdə inzibati cərimə tətbiq edilmişdi. Həmin inzibati cərimə barədə Elektron Qərarın ləğvi və cərimənin silinməsi üçün də məhkəməyə müraciət etmişdir. İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyi halda inzibati məsuliyyətə cəlb edilməyi qanunsuz və əsassız olduğu üçün hesab edir ki, İXM-nin 353.5- ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə barəsində 1200 manat məbləğində inzibati cərimə tətbiq edilməsi də ədalətli deyil və qərar ləğv edilməlidir. İdarə etdiyi nəqliyyat vasitəsinin yüklə çəkisi qanunvericlikdə nəzərdə tutulan həddi aşmadığı halda barəsində xx.xx.2025-ci ildə tətbiq edilmiş Elektron Qərar da nəzərə alınmaqla yenidən inzibati cərimə tətbiq edilməsi hüquqlarının kobud şəkildə pozulmasıdır. Müraciətlərinə baxmayaraq yenidən qanunsuz və əsassız yazılmış inzibati cərimənin silinməsi üçün heç bir tədbir görülməmişdir. Buna görə də qanuni, əsaslı və ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, əməlində heç bir inzibati xəta tərkibi olmadığı üçün həmin inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və inzibati cərimə silinməlidir. Nəqliyyat vasitəsinin yüklə birgə çəkisi qanunvericilikdə nəzərdə tutulan həddi aşmadığı halda barəsində İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində inzibati cərimə tətbiq edilmiş, aylar sonra həmin ərazidə yenidən hərəkətdə olarkən guya nəqliyyat vasitəsinin yüklə birgə ümumi çəkisinin qanunvericiliklə nəzərdə tutulmuş həddi aşdığı və bir dəfə bu inzibati xətaya yol verdiyi əsas götürülərək İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə 1200 manat məbləğində barəsində inzibati cərimə tətbiq edilməsi qanunsuz və əsassızdır. Hesab edir ki, o heç bir qayda pozuntusu etmədiyi halda barəmdə yenidən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi hüquqlarının açıq-aşkar şəkildə pozulmasıdır. Nəqliyyat vasitəsinin yüklə bir ümumi çəkisi qanunvericiliyin tələbinə uyğun olmasına baxmayaraq hər dəfə həmin ərazidən keçəndə inzibati cərimə edilməyi bir vətəndaş olaraq həm hüquqlarının pozulmasına gətirib çıxarır, həm də əsassız olaraq maddi cəhətdən zərərə məruz qalır. Yuxarıda göstərilənlərə əsasən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” EQ29578451 saylı Qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək şikayət ərizəsini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə iclasının X1 və Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM: Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 76.1-ci maddəsənə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda qiymətləndirərək şikayət ərizəsinin təmin edilməsini məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə 353.5. bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə aşağıda göstərilən əsaslara görə şikayət ərizəsinin təmin edilməsini, xx.xx.2025-ci il tarixli, “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” EQ29578451 saylı Qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qərarı qəbul etmiş orqan məhkəmə tərəfindən göndərilən sorğulara cavab verməmiş, inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda şübhəli hallar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə olmalıdır. Həmçinin hazırki iş üzrə sübutetmə öhdəliyi Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin üzərinə düşdüyündən və Azərbaycan Respublikası DİN-nin BDYPİ sübutetmə vəzifəsini yerinə yetirmədiyindən məhkəmə hazırki iş üzrə mübahisələndirilmiş qərarı onu qəbul etmiş orqan tərəfindən sübut edilmədiyini əsas götürərək həmin qərarı və onun doğurduğu nəticələrin ləğv edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi təmin edilməli və Azərbaycan Respublikasının DİN BDYPİ-nin inzibati tənbeh vermə xx.xx.2025ci il tarixli EQ 29578451 saylı qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29578451 saylı qərarı ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-321/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-321/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver