Məhkəmə qərarları › İş №3(029)-324/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-324/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-324/2022 09.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu xx.xx.1980-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qusar rayon İmamqulukənd kənd poçtun müdiri vəzifəsində işləyən Qusar rayonu İmamqulukənd kəndində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-154/2025 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3222 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilmiş və izahatında göstərmişdir ki, qətnamənin icrasından heç vaxt boyun qaçırmamış, hazırda onun əmək haqqınan 70 faiz aliment tutulur. Həmin ödənişdən əlavə ayda 50-100 manat ödəniş edir. Uşaqları xəstə olduğuna görə həm də işsiz olduğuna görə bir arada alimeti ödəməmiş buna görədə onun 1499 manat aliment borcu yaranmışdır. Həmin yaranmış aliment borcunu 3 ay müddətində ödəyəcəkdir. Qusar rayon İcra və Probasiya şöbəsində izahat vermiş ona xəbərdarlıq olunub, aliment borcunu ödəmədiyi halda işin məhkəməyə göndərəcəyini izah etmişdir. Odur ki, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 8 ildir ki, borclu Şəxs ilə boşanmışdır. Hazıra borclunun ona icra sənədi üzrə 3222 manat aliment borcu yaranmışdır. Dəfələrlə icra məmurunun yanında olmuş, icra məmuru tərəfində borclu ilə telefon əlaqəsi qurmuş, hər dəfə də müxtəlif bəhanələr gətirərək aliment borcunu ödəməkdən yayınmışdır. Odur ki, borclu Şəxs ciddi cəza tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-154/2025 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa 70 (yetmiş) manat olmaqla cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlaması üçün X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2015-ci il tarixli 2361 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-154/2025 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, o, "xxxx" MMC-da şöbə müdiri vəzifəsində işləyir və 275 manat əmək haqqı alır. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2019-ci tarixli 3(029)- 397/2019 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə həbs edilmişdir. İş materialarında olan xx.xx.2021-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsinə məcbur gətirilməsi barədə qərar qəbul olunmuşdur. İş materialarında olan Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(029)- 35/2022 saylı qərardadından görünür ki, Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsinə məcbur gətirilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, o, Qusar rayon məhkəməsinin 2(029)-154/2025 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən tələbkar X1 olan aliment borcunu ödəyə bilmədiyini, onun hal-hazırda 3222 manat aliment borcunu maddi imkanı düzələndə ödəyəcəyini bildirmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olmasını Azərbayca Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, hesab edir ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 18:18-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar