Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-324/2023 23.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəlaləddin oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-cı ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs Cəlaləddin oğlunun barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Cəlaləddin oğlu xx.xx.2023-cü il tarixdə saat 19:15 radələrində özünə məxsus bir baş xırda buynuzlu heyvan yolda nəzarətsiz qoymuş və nəticədə xırda buynuzlu heyvan yolda hərəkətdə olan “TOYOTA” markalı ** TX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuşdur. Qusar rayonu Hil kənd sakini Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs Cəlaləddin oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material xx.xx.2023-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəlaləddin oğlu özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, kənd yerində avtomobil 60 km/saatla hərəkət etməli olduğu halda Amik maşını 100 km/saat sürətlə sürmüşdür. Hadisə nəticəsində onun üç baş xırda buynuzlu heyvanını vurmuşdur. Xırda buynuzlu heyvanları yolda olmuşdur. Özü ilə, xırda buynuzlu heyvanları arasındakı məsafə təxminən 2 metr olmuşdur. Hadisə baş verməmişdən qabaq özünə məxsus 15 baş xırda buynuzlu heyvanları asfalt yola çıxartmışdır. Xırda buynuzlu heyvanları asfalt yola çıxartmamışdan qabaq həmin maşının sürətlə gəldiyini görmüşdür. Xırda buynuzlu heyvanları yolun əks tərəfinə aparmaq istəsədə maşın sürətlə gəldiyindən hadisənin qarşısını ala bilməməmişdir. Xırda buynuzlu heyvanlarını yola çıxarmamışdan qabaq maşınların önünü kəsməmiş, hər hansı xəbərdaredici siqnallar verməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmiş və izahatında göstərmişdir ki, həmin tarixdə, Bakı şəhərindən gəlib, Köhnə Xudat kəndindən düşmüşlər. Təsadüfən yolda kolluqun içərisindən Şəxs Cəlaləddin oğluna məxsus xırda buynuzlu heyvan maşının qabağına çıxmış, həmin hadisə ani olaraq baş verdiyindən maşını saxlaya bilməmiş və bir baş xırda buynuzlu heyvan maşının ön hissəsinə çırpılmışdır. Hadisə baş verdikdən sonra Şəxs Cəlaləddin oğlu təxminən 5-7 dəqiqə sonra ora gəlmişdir. Şəxs Cəlaləddin oğlu yolda xırda buynuzlu heyvanın yanında olmamış, yolda hadisənin baş verməməsi üçün qabaqcadan yola çıxmamış, gedib gələn maşınlara əl ilə hər hansı işarə verməmişdir. Əgər Şəxs Cəlaləddin oğlu özü xırda buynuzlu heyvanın yanında olsa idi hadisə baş verməzdi. Hadisə nəticəsində təxminən onun maşınına 700-800 manat maddi ziyan dəymişdir. Ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “TOYOTA” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər cəmi 745 (yeddi yüz qırx beş) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; nasaz velosipeddən istifadə etməyə; piyadaların hərəkətinə maneə yaradılmasına; keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.6-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə- yetmiş manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəlaləddin oğlu yol nəqliyyat hadisəsi baş vermiş yerdə olmamış, özünə məxsus xırda buynuzlu heyvanı nəzarətsiz qoymuş, xırda buynuzlu heyvanın qaçmasının qarşısının alınması üçün lazımı tədbirlər görməmiş, yol nəqliyyat hadisəsinin qarşısının alınması üçün heç bir qabaqlayıcı tədbir görməmiş, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəlaləddin oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cəlaləddin oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Cəlaləddin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-324/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-324/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver