Məhkəmə qərarları › İş №3(029)-324/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-324/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-324/2025 11.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X5, məhkəmə iclas katibi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Qusar rayon Vəkil Bürosunun vəkili: Vəkil iştirakı ilə, 27.132.1999-cu ildə Qusar rayonu Xuray kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: X4 xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Qusar rayonu Xuray kəndində yaçadığı evin əşyalarını dağıdaraq evin qarşısında küçədə nalayiq ifadələr işlətməklə söyüşlər söyüb ictimai qaydanı pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə MN 2057241/265 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə toy şənliyində iştirak edib gəlmiş, həmin vaxt sərxoş olmuş və küçədə yaşadığı evin qarşısında ünvansız nalayiq söyüşlər söymüş, həmçinin evdə səs-küy salaraq əşyaları dağıtmışdır. Hazırda törətdiyi əməlindən peşmandır, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 10 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X4 həmin tarixdə saat 02:40-da inzibati qaydada tutulmuş, 11 avqust 2025-ci il tarixdə saat 11:45-də azad olunmuşdur. İş materiallarında olan protokollaşdırma nömrəsi 03507 olan xx.xx.2025-ci il tarixli alkotesterdən çıxarışın surətindən görünür ki, həmin tarixdə saat 02:34-də X2 qanında alkoqolun konsentrasiyası 1.494 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərər çəkmiş şəxsləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X2 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X2 şəxsiyyətini, onun təqsirinin dərəcəsini, il ərzində tərar inzibati məsuliyyətə cəlb lunmasını və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi və il ərzində təkrar inzibati məsuliyyətə cəlb olunmasını isə məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Belə ki, həmin normaya görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, X4 10 avqust 2025-ci il tarixdə saat 02:40 radələrində saxlanılaraq həmin tarixdə barəsində inzibati qaydada tutma haqqında protokol tərtib olunmuş, 11 avqust 2025-ci il tarixdə saat 11:45-də isə tutulmadan azad olunmuşdur. İşin bu halarını nəzərə alaraq inzibati qaydada tutulma müddəti inzibati həbs müddətindən çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-116-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 05 (beş) gün müddətə inzibati həbs edilsin. X2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 01 gün inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətindən çıxılmaqla o, qəti olaraq 4 (dörd) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 11 avqust 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar