Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-326/2020 30.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxx 1963-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu Qalacıq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Qusar rayonu Qalacıq kəndində etibarnamə ilə idarə etdiyi “Traktor MTZ 80” markalı, AZ 000372 dövlət qeydiyyat nişanlı traktor saxlanılmış və yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi aşkar olmuşdur. Həmin faktla bağlı Qusar rayonu Yol Patrul Xidməti inspektoru, polis serejantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında materiala Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə baxılması üçün aidiyyəti üzrə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Qusar rayonu, Qalacıq kəndində etibarnamə ilə idarə etdiyi Traktor MTZ 80” markalı, AZ 000372 dövlət qeydiyyat nişanlı traktoru qonşusunun həyətindən evə gətirən zaman yol polisi əməkdaşları onu saxlamış və nəqliyyat vasitənin sərxoş vəziyyətdə idarə etdiyi məlum olmuşdur. Sərxoşluğun müəyyən edilməsi üçün alkotestordan keçirilmiş və alkogol sərxoşu olduğu müəyyən edilmişdir. Həmin gün bir bakal pivə içmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, qeyd edilənlərə hüquqi qiymət vərərək hesab edirəm ki, Şəxs həqiqətən xx xxxx 2020-ci il tarixdə Traktor MTZ 80” markalı, AZ 000372 dövlət qeydiyyat nişanlı traktor sərxoş vəziyyətdə idarə etmişdir. Həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs həmin inzibati xətanın törətməsi onun özünün izahatı və Qusar RPŞ DYPB-nin xx xxxx 2020-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,335 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X1 tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş, xx xxxxxx 2024-cü il tarixədək etibarlı olan, AB № 003670 seriya və nömrəsi olan sürücülük vəsiqəsindən görünür ki, Şəxs «T, TK, TT, H» dərəcəli sürücülük hüququ vardır. İş materialında olan xx xxxx 2020-ci il tarixli 641003 saylı alkotestr qəbzindən görünür ki, Şəxs alkoqolun miqdarı 0.389 % müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəlləsinin 333.1-ci maddəsinə əsasaən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 ( dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-326/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-326/2020
30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver