Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-327/2025 15.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1991-ci ilə, Qusar rayonu, Gedəzeyxur kəndində anadan olan, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-сi il tarixli, EQ 29305035 saylı qərarından vermiş olduğu şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, X4 AYNA-nın xx.xx.2025-ci il tarixli, EQ 29305035 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə, yəni etibarnamə əsasında idarə etdiyi “MERCEDES BENZ” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı yük maşınını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yükləndiyinə görə 1200 (min iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, inzibati xətanın qeydə alınma yeri M-1 129 km, Şabran rayonu, Mollakamallı kəndi, Quba istiqamətidir. Aşağıda göstərilən əsaslara görə məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər natamam olduğundan həmin sənədlər onu tərtib etmiş olan X3 geri qaytarılmalıdır. Belə ki, məhkəmə işin baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta hadisəsi Şabran rayonu ərazisində baş verməsinə baxmayaraq şikayətçi şikayət ərizəsini Şabran rayon Məhkəməsinə deyil Qusar rayon Məhkəməsinə vermişdir. Həmçinin işə Qusar rayon Məhkəməsinə baxılması üçün iş materiallarına vəsatət əlavə etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş olan X3 geri qaytarılmalıdır. X1 şikayət ərizəsinə yaşadığı yer üzrə rayon məhkəməsində baxılması üçün vəsatət verməli olduğu izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) . 129.1-1. Bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq: QƏRARAALDİ X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-сi il tarixli, EQ 29305035 saylı qərarından vermiş olduğu şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş olan X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-327/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-327/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver