Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-328/2025 01.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləyən Şəxs haqqında Azərbaycan Respublikasının İXMnin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “X3 1844 YÜK” markalı, 99BT542/10ZK442 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə “AYS” adlı kinoloji xidmət iti ilə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasının yan tərəfində olan sağ sandıqçasından, kabinanın içində üst sağ və sol hissədə olan ciblərdən gömrük orqanlarına bəyan olunmayan 16 ədəd “Musthave 125 gr” markalı, 29 ədəd “Brusko 50 gr” markalı qəlyan tütünü, nəqliyyat vasitəsinin sol paletində gömrük orqanlarına bəyan olunmayan minik nəqliyyat vasitələrinə aid olan 2 ədəd asqı sisteminə aid stabilizator çubuğu, 2 ədəd qol ( üst çaşka), 1 ədəd yuxarı asqı çubuğu, 4 ədəd əyləc trosu aşkar olunaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı Xaçmaz Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, № 01400-06546/25 nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək protokolu müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 034/25-X nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş m xx.xx.2025-ci il tarixə olan orta bazar (satış) qiyməti aşağıdakı kimidir.
1. “Musthave 125 gr” markalı qəlyan tütünü 1 ədəd 27 manat-cəmi 16 ədədinin qiyməti 432 manat
2. Asqı sisteminə aid stabilizator çubuğu avtomobil ehtiyat hissəsi 1 ədəd 38 manatcəmi 2 ədədinin qiyməti 76 manat
3. Qol (üst çaşka) avtomobil ehtiyat hissəsi 1 ədəd 55 manat- cəmi 2 ədədinin qiyməti 110 manat
4. Yuxar asqı çubuğu( avtomobil ehtiyat hissəsi) 1 ədəd 75 manat- cəmi 1 ədədinin qiyməti 75 manat
5. Əyləc trosu(avtomobil ehtiyat hissəsi) 1 ədəd 46 manat-cəmi 4 ədədinin qiyməti 784 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2025-ci il tarixli, 7/937 nömrəli ekspert rəyinə əsasən, 29 ədəd “Brusko 50 gr” markalı qəlyan tütününün keyfiyyət göstəriciləri standart tələblərə uyğun olmadığından həmin mallar barəsində qiymətləndirmə fəaliyyətinin aparılması mümkün deyildir. Yuxarıda göstərilən malların ümumi dəyəri 877 (səkkiz yüz yetmiş yeddi) manat məbləğindədir. İş üzrə ekspertiza xərci 45 (qırx beş) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/937 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 29 ədəd “Brusko 50 gr” markalı qəlyan tütününün istifadə müddəti bitdiyindən onların keyfiyyət göstəriciləri standart tələblərə uyğun deyil. Tədqiqata təqdim edilmiş aksiz markası olmayan 16 ədəd “Musthave 125 gr” markalı qəlyan tütününün keyfiyyət göstəriciləri standart tələblərə uyğundur. Tədqiqatdan sonra “Musthave 125 gr” markalı qəlyan tütünü məmulatından 14 ədəd, “Brusko 50 gr” markalı qəlyan tütünü məmulatından 26 ədəd qalmışdır. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manatdır. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs nəqliyyat vasitəsinin kabinasının yan tərəfində olan sağ sandıqçasından, kabinanın içində üst sağ və sol hissədə olan ciblərdən gömrük orqanlarına bəyan olunmayan 16 ədəd “Musthave 125 gr” markalı, 29 ədəd “Brusko 50 gr” markalı qəlyan tütünü, nəqliyyat vasitəsinin sol paletində gömrük orqanlarına bəyan olunmayan minik nəqliyyat vasitələrinə aid olan 2 ədəd asqı sisteminə aid stabilizator çubuğu, 2 ədəd qol ( üst çaşka), 1 ədəd yuxarı asqı çubuğu, 4 ədəd əyləc trosunu gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarında olan məhkəmə ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərcləri 95 (doxsan beş) manat təşkil edir və dövlət hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, 16 ədəd “Musthave 125 gr” markalı, 29 ədəd “Brusko 50 gr” markalı qəlyan tütünü, nəqliyyat vasitəsinin sol paletində gömrük orqanlarına bəyan olunmayan minik nəqliyyat vasitələrinə aid olan 2 ədəd asqı sisteminə aid stabilizator çubuğu, 2 ədəd qol ( üst çaşka), 1 ədəd yuxarı asqı çubuğu, 4 ədəd əyləc trosu müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri 95 (doxsan beş) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Hakim: Əli Cəlilov