Məhkəmə qərarları › İş №3(029)-329/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-329/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-329/2024 24.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi Maqsudov Hikmət oğlunun iştirakı ilə, xx.xx.1981-cü ildə Qusar rayonu, Kuzun Qışlaq kəndində anadan olan, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bəyov X6 rayon Məhkəməsinin 2(029)-463/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(029)-100/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2(029)-432/2020 saylı, xx.xx.2020-ci il tarixli, Sabunçu rayon Məhkəməsinin 2(009)-2088/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1232/2022 saylı, xx.xx.2022-ci il tarixli, Qusar rayon Notariat Ofisinin 8İ-6816 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbləri icra etməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hal-hazırda işləmir. Maddi vəziyəti ilə əlaqədar olaraq borclarını ödəyə bilmir. Maddi vəziyyəti düzəldikdən sonra borclarını ödəyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X3 izahatında hal-hazırda borcu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi Maqsudov Hikmət izahatında protokolda göstərilənləri müdafiə etdiyini bildirmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış bildirişlərin surətindən görünür ki, ünvan 2, xx.xx.2019-cu il tarixli, 2(029)-100/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2(029)-432/2020 saylı, xx.xx.2020-ci il tarixli, Sabunçu rayon Məhkəməsinin 2(009)-2088/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1232/2022 saylı, xx.xx.2022-ci il tarixli, Qusar rayon Notariat Ofisinin 8İ-6816 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barədə məlumatların sorğulanması haqqında sistemdən çıxarışdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir yoxdur. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədləri üzrə borcu ödəməyərək icra vərəqələrini icra etməmiş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsini, yaranmış borcu qəbul etməsini, səmimi izahat verməsini, səmimi peşmançılıq hissini nəzərə alaraq ona cərimə tənbehinin tədbiq edilməsini məqsədə müvafiq hesab edir, həbs tənbehinin tədbiq edilməməsini isə məhkəmə məqsədə müvafiq hesab etmir, həbs tənbehi tədbiq edildiyi təqdirdə o, əlavə məhrumiyyətlərə məruz qalacaq. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar