Məhkəmə qərarları › İş №3(029)-33/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-33/2021

21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-33/2021 21.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Qusar şəhəri Zərifə Əliyeva küçəsində yerləşən “Pizza 138” şirniyyat mağazasının qarşında xx xxxxxx 2021-ci il tarixdə, saat 20:30 radələrində tibbi maskadan istifadə etmədiyi üçün barəsində inzibati tədbir görülməsi üçün şəkil çəkən zaman polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, MN 0651663/42 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. 18 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Qusar şəhəri Zərifə Əliyeva küçəsində yerləşən “Pizza 138” şirniyyat mağazasının qarşında dostları Narik, Ceyhun və Faik dayandıqları zaman polis əməkdaşları onlara yaxınlaşaraq foto şəkil çəkmək istəmişlər. Həmin vaxt dostlarında tibbi maska olmuş o, isə tibbi maskanı aşağı salmışdır. Buna görə polis əməkdaşları ilə aralarında mübahisə olmuş, o, özünü polis əməkdaşlarına təqdim etməmişdir. Polis əməkdaşları onu şöbəsinə dəvət edən zaman ayağı polis maşınının qapısına ilişmişdir. Həmin zaman polisin xidməti maşının qapısı əzilmişdir. Əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi onun özünün izahatı və xx xxxxxx 2021-ci il tarixli, MN 0651663/42 saylı inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixində saat 21:40–da inzibati qaydada tutulmuşdur. Şəxs xx xxxxxx 2021-ci il tarixində saat 17:00-da azad edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan izahatlarla müəyyən olunur ki, həqiqətən də Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Şəxs xx xxxxxx 2021-ci il saat 21:40-dan xx xxxxxx 2021-ci il saat 17:00-dək tutulduğu 01 (bir) gün müddət, təyin olunmuş inzibati həbs müddətindən çıxılmaqla o, 09 (doqquz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 12:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar