Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-33/2022 23.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1999-cu ildə Qusar rayonu Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Qalacıq kəndində yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 13.01.2022-ci il tarixdə saat 22:30 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 217030” markalı M332-BE-05 rus dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar-Xudat yolunun 5-ci km-də, Ç.Qurbanov küçəsində hərəkətdə olduğu zaman qarşı hərəkət zolağına çıxarmaqla manevr etmə qaydasını pozmuş və nəticədə yoldan çıxaraq qoz ağacı ilə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış və 01.02.2022-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 və 327.8-ci maddələri ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə İXP ******* saylı 02.02.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 62.4-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 23.02.2022-ci il tarixli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs atası X1 ərizəsindən görünür ki, hazırda oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yataq xəstəsidir. Məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Şəxs barəsində cərimə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 14.01.2022-cu il tarixli 23 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və xəstəlik tarixindəki məlumatlar əsasında belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- döş qəfəsinin küt travması, ağciyərin əzilməsi küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13.01.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-33/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-33/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver