Məhkəmə qərarları › İş №3(029)-331/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-331/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-331/2020 20.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev xx.xx.1978-ci ildə İsmayıllı rayonu Bizlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 23 ünvanda yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qusar rayon məhkəməsinin 3(029)-441/16 saylı 11 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə 20.07.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qusar rayon məhkəməsinin 3(029)-441/16 saylı 11 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edildiyi qeyd edilmiş, lakin, İXM-nin 529.2-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətlər-yəni məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi qeyd olunmamış, həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan indiyədək cərimənin ödənilməməsinin qanuni əsaslarının olub-olmaması araşdırılaraq inzibati xəta haqqında protokolda bu barədə heç bir hal göstərilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə istinad olunan inzibati xətanın mahiyyəti göstərilməmiş və bununla da, həmin protokol Azərbaycan Respublikasının İXM-nin tələbləri pozulmaqla tərtib olunmuşdur. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xəstə olub-olmaması, xəstədirsə həmin xəstəliyin nəticəsində ona əlillik dərəcəsinin təyin edilib-edilməməsi araşdırılmamış, bu barədə inzibati xəta haqqında protokola heç bir sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, x1 barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 20.07.2020-ci il tarixli MN ******* saylı protokol düzgün tərtib olunmadığından, həmçinin natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: x1 barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 20.07.2020-ci il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar