Məhkəmə qərarları › İş №3(029)-331/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-331/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-331/2023 19.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol Qusar rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirtdikdə, toplanmış materialın natamam olması müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokola əsasən xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində “Ford” markalı ** LX *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla yük daşıma fəaliyyəti həyata keçirərkən yoxlama sənədləri təqdim etməmişdir. İş materiallarını araşdırarkən Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan məlumatlandırılmasını təsdiq edən heç bir əsaslandırıcı sənəd, barəsində inzibati xəta haqqında icraata başlanılacağı barədə bildirişin verilməsini təsdiq edən heç bir poçt sənədi əlavə edilməmişdir. Bundan başqa işə əlavə edilmiş fotoşəkildə “Ford” markalı ** LX *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ön nömrələri təsvir olunsa da, lakin avtomaşının məhz Şəxs tərəfindən idarə edilməsi, yük daşıma ilə bağlı sübut, faktiki onun sahibliyində olmasını təsdiq edən hər hansı bir sübut, həmçinin Şəxs izahatı iş materiala əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Beləliklə, “Ford” markalı ** LX *** saylı inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verilməsi inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən müəyyən olunmur, bu da şəxsin öz barəsində aparılan icraatdan xəbərsiz olması, bununla da onun müdafiə hüquqlarının pozulması kimi qiymətləndirir. Həmin Məcəlləsinin 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Məhkəmə hesab edir ki, inzibati protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati protokol tərtib edilərkən, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamış, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılmamış, iş üzrə vəsatətlər və etirazların olub-olmaması aydınlaşdırılmamışdır. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənləri nəzərə alıb hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində toplanmış materiallar natamam olduğundan və işə baxılarkən göstərilən çatışmamazlığı tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol natamam tərtib olunduğundan əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Azərbaycan respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə geri qaytarılsın. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar