Məhkəmə qərarları › İş №3(029)-332/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-332/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-332/2020 20.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1985-ci ildə Qusar rayonun Urva kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilmiş, Qusar rayonun Urva kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsinindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə, saat 00:00 radələrində anası X1 döyülməsi ilə əlaqədar 102 məlumat mərkəzinə daxil olmuş məlumatla əlaqədar Şəxs, onun yaşadığı ünvana gələn polislərin qanuni tələblərinə tabe olmamış, sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətmiş, izahatı alınması üçün Qusar RPŞ-nə dəvət olunan, Şəxs Qusar RPŞ-nin inzibati binasında öz hərəkətlərini davam etdirərək, ucadan nalayiq ifadələr işlədərək növbətçi hissənin iş rejimini 20 dəqiqə müddətinə pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Həmid-zadə Elnur Rəsul oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx xxxx 2020-ci il tarixli, MN 0496868-459 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 23:00 radələrində yaşadığı Qusar rayonu, Urva kəndində, özünə məxsus evdə bir qədər spirtli içki qəbul etmişdir. O, heç kəsi vurmamış, nalayiq ifadələr işlətməmiş və polisin qanuni tələblərinə tabe olmuşdur. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə 00 radələrində Qusar rayon Polis Şöbəsinin məsul növbətçisi olduğu zaman daxil olmuş 102 məlumat mərkəzinə döymə məlumatı ilə əlaqədar olaraq əməliyyat qrupunun üzvləri tərəfindən RPŞ-nə gətirilmiş, sərxoş vəziyyətdə olan Qusar rayon Urva kənd sakini Şəxs Növbətçi Hissədə nalayiq ifadələr işlədərək, səs-küy salmaqla, eləcədə, araşdırma otağının qapısını təpikləməklə onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və Növbətçi Hissənin iş rejimini 20 dəqiqən çox müddətə pozmuşdur. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahid qismində dindirilmiş X4 ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsi, xx xxxx 2020-ci il tarixli MN 0496868-459 nömrəli inzibati xəta haqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki Şəxs xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməklə ayrılıqda hər maddə ilə barəsində inzibati tənbeh tətbiq edilməli və aşağdakı əsaslara görə onun barəsində yekun olaraq həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixində saat 01:00–da inzibati qaydada tutulmuşdur. Şəxs xx xxxx 2020-ci il tarixində saat 17:00-da azad edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “MTE və PA” Birliyinin Qusar rayon Şöbəsinin 380 saylı ekspert rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarət- boynun arxa səthin orta şöbəsinin qançırı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olun xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduqu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli alkotesterdən görünür ki, Şəxs alkoqol testinin nəticəsi 2,860%-dir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 07 (yeddi) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Şəxs xx xxxx 2020-ci il saat 01:00-dan, xx xxxx 2020-ci il saat 17:00-dək tutulduğu 01 (bir) gün müddət, təyin olunmuş inzibati həbs müddətindən çıxılmaqla o, 14 (on dörd) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar