Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-333/2020 22.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1986-cı ildə Qusar rayonun Bədirqala kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilmiş, Qusar rayonun Bədirqala kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 21 iyul 2020-ci il tarixdə, saat 19:00 radələrində 102 məlumat mərkəzinə daxil olmuş məlumatla əlaqədar Şəxs, onun yaşadığı ünvana gələn polislərin qanuni tələblərinə qəsdən tabe olmamış, anasi, arvadı və qonşuların ünvanına ucadan nalayiq ifadələr işlətmiş, izahatı alınması üçün Qusar RPŞ-nə dəvət olunan, Şəxs Qusar RPŞ-nin inzibati binasında öz hərəkətlərini davam etdirərək, ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmamış, növbətçi hissənin iş rejimini 20 dəqiqə müddətinə pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Həmid-zadə Elnur Rəsul oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 22 iyul 2020-ci il tarixli, MN 0496976-476 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 21 iyul 2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı Qusar rayonu, Bədirqala kəndində, özünə məxsus evinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları gələn zaman o, heç kimi söyməmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. O, Qusar rayon Polis şöbəsində də nalayiq söyüşlər söyməmiş və polisin qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş x2 ifadəsində göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. 10 ildir ki, evlidirlər. Dörd uşaqları vardır. əri Romik ona və öz anasına qarşı dəfələrlə nalayiq ifadələr işlətmiş və əvvələrdə onu döymüşdür. Bu barədə o polisə şikayət etmişdir. 21 iyul 2020-ci il tarixdə Romik yenidən onlara qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Həmin hadisə ilə bağlı məcbur olub 102 məlumat mərkəzinə zəng edərək məlumat vermişdir. Saat 19:00 radələrində həyətlərinə gələn polis əməkdaşlarının yanında onu, öz anasını və qonşuları söyüb təhqir etmişdir. Onu nizamintizama dəvət edən polis əməkdaşların qanuni tələblərinə tabe olmamışdır. Şəxs ciddi cəza verməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahid qismində dindirilmiş x1 ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, şahid qismində dindirilmiş x1 ifadəsi, 22 iyul 2020-ci il tarixli MN 0496976-476 nömrəli inzibati xəta haqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki Şəxs xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməklə ayrılıqda hər maddə ilə barəsində inzibati tənbeh tətbiq edilməli və aşağdakı əsaslara görə onun barəsində yekun olaraq həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 21 iyul 2020-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs 21 iyul 2020-ci il tarixində saat 20:30–da inzibati qaydada tutulmuşdur. Şəxs 22 iyul 2020-ci il tarixində saat 16:00-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan 22 iyul 2020-ci il tarixli Aktdan görünür ki, Şəxs izahat verməkdən heç bir əsaslı səbəb olmadan imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 07 (yeddi) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Şəxs 21 iyul 2020-ci il saat 20:30-dan, 22 iyul 2020-ci il saat 16:00-dək tutulduğu 01 (bir) gün müddət, təyin olunmuş inzibati həbs müddətindən çıxılmaqla o, 19 (on doqquz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 22 iyul 2020-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-333/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-333/2020
22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver