Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-336/2020 27.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru x4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdəQusar şəhərində anadan olmuş, subay,natamam ali təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanındaqeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Yasamal rayon məhkəməsininxx xxxx 2020-ci il tarixli, 2(004)-2154/2020 saylıicra sənədinə əsasən Şəxs x5 1700 (bir min yeddi yüz) manat aliment borcu yaranmışdır. Şəxs icra sənədinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin o, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru x6 protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki,Yasamal rayon məhkəməsininxx xxxx 2020-ci il tarixli, 2(004)-2154/2020 saylı icra sənədinə əsasən borclu Şəxs xx xxxxxxx 2019-cu il təvəllüdlü x1 və xx xxxxxx 2015-ci il təvəllüdlü x2 yetkinlik yaşına kimi saxlanılmaları üçün hər ay hər bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment x3 xeyrinə tutulmalıdır. Borclu Şəxs hal-hazırda 1700 (bir min yeddi yüz) manat aliment borcu yaranmışdır. Tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə,dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədini üzürsüz səbəbdən icra etməmiş, ondan izahat alınmasına baxmayaraq o, icra sənədinə məsuliyyətsiz yanaşmış, icra sənədinin icra edilməsindən qəsdən boyun qaçırmışdır. Hazırda borclu Şəxs 1700 (bir min yeddi yüz) manat məbləğində aliment borcu vardır.Alimenti ödəməkdən yayınır və alimentdən bu günə kimi heç nə ödəməmişdir. Odur ki, borclu Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki,Yasamal rayon məhkəməsininxx xxxx 2020-ci il tarixli, 2(004)-2154/2020 saylı icra sənədinə əsasən ondan xx xxxxxxx 2019-cu il təvəllüdlü x1 və xx xxxxxx 2015-ci il təvəllüdlü x2 yetkinlik yaşına kimi saxlanılmaları üçün hər ay hər bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment x3 xeyrinə tutulmalıdır. Onun Yasamal rayon məhkəməsininxx xxxx 2020-ci il tarixli, 2(004)-2154/2020 saylı icra sənədi üzrə 1700 (bir min yeddi yüz) manat aliment borcu yaranmışdır. Məhkəmə qətnaməsindən məlumatı olmadığına görə alimentdən bu günə kimi heç nə ödəməmişdir. Hazırda heç bir yerdə işləməyir, lakin buna baxmayaraq yaxın 10 gün müddətində aliment borcunu ödəyəcəkdir. Odur ki, bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru x4 və inzibati xəta törətmiş şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan icra sənədi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Həmin hərəkəti iləŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq olunmasını məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-336/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-336/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver