Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-336/2025 01.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29999851 saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29999851 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandımışdır ki, o, Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 29999851 saylı qərarı ilə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, Azərbaycan Respublikası İXMnin 346.4-cü maddəsilə təqsirli bilinərək, 80 (səksən) manat miqdarında cərimə edilmişdir. O, xx.xx.2025-ci il tarixdə, saat 11:52 radələrində Qusar şəhəri, Səfixanov küçəsində özünə məxsus avtomaşınla hərəkət edərksən akkumlyatorun işıqlarının yandığını görmüş, hərəkətdə olduğu yolun sol kənarına çəkib saxlamışdır. Bir müddət keçdikdən sonra həmin yerdən sürüb getmişdir. Avtomaşında olan texniki nasazlıq ucbatından maşını orada saxladığını, saxladığı anda isə vahiməyə düşdüyünü, təzyiqinin qalxdığını və nəticədə maşını orada saxlayarkən maşında texniki nasazlığın olmasını bildirən nişandan istifadə etmək ağlına gəlməmişdir. Göstərilənlərin nəzərə alınaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 və Qusar RPŞ-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə iclasının X2 və Qusar RPŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM: 76.1-ci maddəsənə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin İİ bəndinə əsasən dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Həmin Qanununun 43-cü maddəsinin İİİ bəndinə əsasən sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir. İV. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda qiymətləndirərək şikayət ərizəsinin təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iş materiallarında olan CD diskdən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 11:52-də Qusar şəhəri, Ə.Səfixanov küçəsində özünə məxsus “HYUNDAİ SONATA MİNİK” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin sol kənarında, ikinci cərgədə saxlamış, qəza dayanma siqnalını yandırmamış, həmçinin qəza dayanması nişanını quraşdırmamışdır. Həmçinin bu fakt şikayətçinin şikayət ərizəsinə əlavə etmiş olduğu fotoşəkillərlə də sübuta yetirilir. Şikayətçinin şikayət ərizəsində bildirdiyi hala münasibətdə isə məhkəmənin mövqeyi ondan ibarətdir ki, hər bir halda sürücü hər hansı texniki nasazlıq ucbatında məcburi dayanmanı həyata keçirdiyi zaman avtomobili yolun hərəkət hissəsinin sağ kənarında dayanmanı təmin etməli, dayanma zamanı isə qəza işıq siqnalını yaxud qəza dayanması nişanını quraşdırmalıdır. İş materiallarına əlavə edilmiş fotoşəkil və CD disklə isə müəyyən edilir ki, X2 bu halların heç birini təmin etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi təmin edilməməli və Azərbaycan Respublikasının DİN BDYPİ-nin inzibati tənbeh vermə xx.xx.2025-ci il tarixli EQ 29999851 saylı qərarı qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət rədd edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29999851 saylı qərarı qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-336/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-336/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver