Məhkəmə qərarları › İş №3(029)-337/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-337/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-337/2022 25.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx.xx.1982-ci ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-93/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X1 3900 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, işləmir, maddi imkanı çox aşağıdır, bu səbəbdən də, aliment borcunu ödəyə bilməmişdir. İşləyib gəkəcəkdə aliment borcunu ödəyəcəkdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-93/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 05 sentyabr 2018-ci il tarixdən başlayaraq 22 aprel 2015-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün cavabdeh Şəxs hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 verilməlidir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2019-cu il tarixli 1279/2019 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-93/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(029)- 245/2019 saylı qərarının surətindən görünür ki, Şəxs həmin məhkəmənin 2(029)-93/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(029)- 516/2020 saylı qərarının surətindən görünür ki, Şəxs həmin məhkəmənin 2(029)-93/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış 23 may 2022-ci il tarixli 174/2022 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin şəxsdən yaranmış 3440 manat məbləğində aliment borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur, pensiya və ya sosial ödəniş almır, aylıq əmək haqqı yoxdur. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 2500/22 saylı arayışından görünür ki, hal-hazırda borclunun tələbkara 3900 (üç min doqquz yüz) manat aliment borcu yaranmışdır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, iki dəfə icra sənədini icra etmədiyinə görə barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati məsuliyyətə cəlb olunmasına bxmayaraq yenidən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 13 (on üç) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar