Məhkəmə qərarları › İş №3(029)-338/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-338/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-338/2022 25.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar Rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Qusar rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Qusar rayonu Xürel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qusar rayonu Xürel kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş Qusar rayon İcra və Probasiya şöbəsinin inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(029)-45/2022 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri-yəni 5,65 (beş manat altmış beş qəpik) manat pul və oyun kartları müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qusar rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki, Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(029)-45/2022 saylı qərarı şöbənin icraatına daxil olmuş və icra işi açılmaqla icra sənədi 11 mart 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunvericiliyə uyğun olaraq icraata başlanılmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmiş, ondan alınmış izahatında maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək cəriməni ödəyə bilmədiyini qeyd etmişdir. İcra sənədinin icrası ilə əlaqədar müxtəlif orqan və təşkilatlara sorğular verilmişdir. Verilmiş sorğular nəticəsində borclu Şəxs adına tələbin yönəldilə biləcək bank hesabları və ya əmanətləri, daşınar və daşınmaz əmlakı müəyyən edilməmiş, həmçinin borclunun yaşadığı evə keçirilmiş baxış zamanı tələbin yönəldilə biləcəyi digər əmlak aşkar edilməmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(029)- 45/2022 saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci madəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilmişdir. Həmin cəriməni ödəməkdəkdən imtina etmir, lakin ona təyin olunmuş cərimənin ödənilməsi üçün maddi imkanı yoxdur. Belə ki, heç-bir yerdə işləmir. Arvadı yataq xəstəsidir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(029)- 45/2022 saylı qərarının sürətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarından görünür ki, Şəxs tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə, ondan izahat alınmasına baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar müxtəlif orqan və təşkilatlara sorğular verilmişdir. Verilmiş sorğular nəticəsində borclu Şəxs adına tələbin yönəldilə biləcək bank hesabları və ya əmanətləri, daşınar və daşınmaz əmlakı müəyyən edilməmiş, həmçinin borclunun yaşadığı evə keçirilmiş baxış zamanı tələbin yönəldilə biləcəyi digər əmlak aşkar edilməmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun özünün izahatı, 25 avqust 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla sübuta yetirilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs heç bir üzürlü səbəb olmadan 3000 (üç min) manat məbləğində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, həmin hərəkəti ilə o, Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən 11 mart 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icra olunması barədə bildiriş borclu Şəxs göndərilmişdir. Bununla da borcluya 10 (on) gün müddətində vaxt verilmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində borclu icra sənədini icra etməmişdir. Həmçinin borclu Şəxs İcra və Probasiya şöbəsinə dəvət edilərək ondan izahat alınmış, icra sənədinin icra edilməsi tələb olunmuşdur. Lakin borclu maddi vəziyyətinin çox pis olmasına görə cəriməni ödəməmişdir. Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs əmlak və digər gəlirləri barədə müvafiq orqan və təşkilatlara sorğular verilmiş, verilmiş sorğular nəticəsində borclunun adına heç bir daşınar və daşınmaz əmlak, nəğd pul müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 (iyirmi beş) gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsi məsələsi müzakirə edilərkən, məsulliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinsin 30 (otuz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 avqust 2022-ci il tarixdən saat 19:05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar