Məhkəmə qərarları › İş №3(029)-34/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-34/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-34/2023 06.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1 xx.xx.1963-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Rzaxanov Nurulla Novruzəli oğlu haqqında Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları Qusar rayon məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Rzaxanov Nurulla Novruzəli oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasında və 2022-ci ilin may ayında icra edilmiş icra sənədini təkrarən qəsdən icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsi tərəfindən Rzaxanov Nurulla Novruzəli oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Qusar rayon məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Rzaxanov Nurulla Novruzəli oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)-143/2023 saylı qərarı ilə Qusar rayon məhkəməsinin 24 yanvar 2023-cü il tarixli “işin icraata qəbul edilməsi barədə” qərardadı və həmin tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Qusar rayon məhkəməsinə yeni məhkəmə baxışına işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli 1361 saylı Fərmanı ilə təsdiq edilmiş “rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın 57.1-ci bəndinə əsasən Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin təqdimatına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra baş idarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının İcra şöbəsinin rəisi, yerli icra qurumlarının rəisləri, onların müavinləri və icra məmurları tərəfindən tərtib edilir. Həmin Siyahının 58-ci bəndinə əsasən Məcəllənin 528.1 (ictimai işlər növündə inzibati tənbehin, habelə probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halları istisna olmaqla), 528.2, 528.3, 529.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 57.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Göründüyü kimi, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolun tərtib edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq vəzifəli şəxslərinin deyil, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yuxarıda sadalanan müvafiq vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Bununla da, hazırkı inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 106.0, 106.0.1-106.0.7-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;. işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN 1719119-16 saylı protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan həmin protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN 1719119-16 saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon Polis Şöbəsinə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar