Məhkəmə qərarları › İş №3(029)-341/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-341/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-341/2023 06.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsindən Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şəxs 10 oktyabr 2023-cü il tarixdə saat 11:30 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsi ərazisində 99LX710 dövlət qeydiyyat nişanlı avtomobillə yükdaşıma fəaliyyəti həyata keçirərkən yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri (fərqlənmə nişanı) təqdim etməmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsi tərəfindən Şəxs barəsində 16 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolda göstərilən halları təsdiq edərək göstərmişdir ki, Şəxs yükdaşıma fəaliyyəti ilə məşğul olur, avtomobil həmin şəxsin istifadəsindədir. Həmin şəxsdən fərqlənmə nişanını təqdim etməsi tələb olunduqda bundan imtina edərək həmin yerdən uzaqlaşmışdır. Odur ki, həmin şəxsin barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 11:30 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsi ərazisində Ford markalı 99LX710 dövlət nömrə nişanlı avtomobillə yükdaşıma fəaliyyəti həyata keçirən sürücü Şəxs qanuni sənədləri təqdim etməkdən imtina etmişdir (Fərqlənmə nişanı). Şəxs həmin aktı imzalamaqdan imtina etmişdir. Məhkəmənin elektron informasiya sistemi üzrə Şəxs əmlak vəziyyəti yoxlanılarkən onun adına Ford Transit yük markalı avtomobilin olması müəyyən olunmuşdur. Göründüyü kimi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 10 oktyabr 2023-cü il tarixdə istifadəsində olan Ford Transit yük markalı 99XL710 dövlət qeydiyyat nişanlı avtomobillə yükdaşıma fəaliyyəti göstərsə də, bunun üçün qanunla müəyyən edilmiş sənədləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Quba regional şöbəsinin əməkdaşlarına təqdim etməkdən imtina etmişdir ki, bu da ona dəlalət edir ki, bu fəaliyyət üçün onun lazımi icazəsi olmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 40 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Lakin, barəsində inzibati protokol tərtib olunmuş Şəxs ciddi hesabat blankı olan “Fərqlənmə nişanı”nı müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinə təqdim edilməməklə İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat miqdarda cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin sədri: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar