Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-341/2025 26.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Quba regional idarəsinin inspektoru X2 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 324-1.1 maddəsi ilə MN №2116173 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə protokol və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 324-1.1-ci maddəsi ilə MN №2116173 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlər natamam olduğundan onu tərtib etmiş olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Quba regional idarəsinin inspektoru X1 geri qaytarılmalıdır. Belə ki, MN №2116173 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əlavə olunmuş xx.xx.2025-ci il tarixli xəbərnamənin surətindən görünür ki, həmin xəbərnamənin üzərində poçt göndərişinin izlənməsi üçün lazım olan nömrə mövcud deyildir. Belə olduğu təqdirdə, həmin göndəriş məhkəmə tərəfindən izlənilə bilməmiş, həmçinin hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta haqqında protokolun qəbul edilib edilmədiyi müəyyən edilə bilməmişdir. Məhkəmə hesab edirki, protokol və ona əlavə olunmuş sənədlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Quba regional idarəsinin inspektoru X1 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, protokola əlavə edilmiş sənədlər natamam olduğundan protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq: QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi ilə tərtib edilmiş MN №2116173 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib edən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Quba regional idarəsinin inspektoru X1 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-341/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-341/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver