Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-342/2020 29.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdəQusar rayonunun Urva kəndində anadan olmuş, subay,orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu, Urva-oba kəndindəqeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsininxx xxxxxx 2020-ci il tarixli, 2(029)- 263/2020 saylıicra sənədinə əsasən Şəxs aliment pulunu ödəməmiş və hal-hazırda 1800 (bir min səkkiz yüz) manat aliment borcu yaranmışdır. Şəxs icra sənədinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin o, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki,Qusar rayon məhkəməsininxx xxxxxx 2020-ci il tarixli, 2(029)-263/2020 saylı icra sənədinə əsasən xx xxxxxx 2020-ci il tarixdən başlayaraq borclu Şəxs xx xxxx 2009-cu il təvəllüdlü X3, xx xxxxxx 2010-cu il təvəllüdlü X7 və xx xxxxxx 2016-cı təvəllüdlü X5 yetkinlik yaşına kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment X1 verilməlidir. Borclu Şəxs hal-hazırda 1800 (bir min səkkiz yüz) manat aliment borcu yaranmışdır. Tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə,dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədini üzürsüz səbəbdən icra etməmiş, ondan izahat alınmasına baxmayaraq o, icra sənədinə məsuliyyətsiz yanaşmış, icra sənədinin icra edilməsindən qəsdən boyun qaçırmışdır. Hazırda borclu Şəxs 1800 (bir min səkkiz yüz) manat məbləğində aliment borcu vardır.Alimenti ödəməkdən yayınır. Odur ki, borclu Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki,Qusar rayon məhkəməsininxx xxxxxx 2020-ci il tarixli, 2(029)- 263/2020 saylı icra sənədinə əsasən xx xxxxxx 2020-ci il tarixdən başlayaraq ondan xx xxxx 2009-cu il təvəllüdlü X3, xx xxxxxx 2010-cu il təvəllüdlü X7 və xx xxxxxx 2016-cı təvəllüdlü X5 yetkinlik yaşına kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment X1 verilməlidir. Onun Qusar rayon məhkəməsininxx xxxxxx 2020-ci il tarixli, 2(029)-263/2020 saylı icra sənədi üzrə 1800 (bir min səkkiz yüz) manat aliment borcu yaranmışdır. Heç bir yerdə işləməyib, maddi imkanı olmayıb, odur ki, alimenti ödəyə bilməyib. Maddi imkanı olanda aliment borcunu ödəyəcəkdir. Odur ki, bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və inzibati xəta törətmiş şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan icra sənədi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Həmin hərəkəti iləŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-342/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-342/2020
29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver