Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-342/2023 02.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx.xx.2001-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Urva kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Qusar şəhəri avtovagzal ərazisində "VAZ 21154” markalı **-DZ-*** dövlət nömrə nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti həyata keçirərkən yoxlama zamanı sənədləri təqdim etməmişdir. Həmin faktla bağlı Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli məktubla baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2023-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə saat 12:00 radələrində Qusar şəhəri avtovagzal ərazisində "VAZ 21154” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişindaşıma fəaliyyəti həyata keçirən sürücü Şəxs qanunvericiliklə müəyyən olunmuş sənədləri təqdim etməmişdir. Şəxs həmin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Qusar rayon polis Şöbəsinin təqdim etdiyi, arayışda "VAZ 21154” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, DİN-nin BDYPİ-nin informasiya sistemində Şəxs adına etibarnamə əsasında qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat miqdarda cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-342/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-342/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver