Məhkəmə qərarları › İş №3(029)-343/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-343/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-343/2020 30.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Laçın rayonun Güləbird kəndində anadan olmuş, evli, orta təhsilli, kəbabçı işləyən, inzibati məsuliyyətə cəlb edilməmiş, Laçın rayonun Güləbird kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qusar rayon Polis Şöbəsinindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində sərxoş halda ünvansız nalayiq söyüşlər söymüş, onun nizam intazama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, izahatı alınması üçün Qusar rayon Polis Şöbəsinə gətirilərkən Hövbətçi Hissədə özünü aqressiv apararaq polisin ünvanına nalayiq söyüşlər söymüş Növbətçi Hissənin normal iş rejimini 25 dəqiqə müddətinə pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə xx xxxx 2020-ci il tarixli, MN 0651481-497 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayir. xx xxxx 2020-ci il tarixdən Qusar şəhərində yerləşən ”Şahbulaq” restoranında kəbabçı işləyir. xx xxxx 2020ci il tarixdə işlədiyi restoranda işçilərdən birinin ad gününü qeyd edərkən tək özü 400 qram araq içmişdir. xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Qusar şəhərində Bazarın yaxınlığında kafelərin birində bir neçə bakal pivə içməyə getmiş və orada səs-küy salmış və bu vaxt polis əməkdaşları ona yaxınlaşıb Polis Şöbəsinə dəvət etmiş və o, Polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində onu nə səbəbə görə gətirilməsini aydınlaşdırmaq məqsədi ilə səs-küy salmışdır. Heç kəsə qarşı nalayiq ifadələr işlətməmiş və polisin qanuni tələblərinə tabe olmuşdur. Kafedə pivə içərkən və Polis Şöbəsində səs-küy saldığına görə peşmandır. Həmin hərəkətlərinə polis işçilərindən üzür istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə 19:00 radələrində Qusar rayon Polis Şöbəsinin məsul növbətçisi olduğu zaman Şəxs sərxoş halda CAB-in əməkdaşları tərəfindən Qusar Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəxs ucadan danışaraq ünvansız və polisin ünvanına nalayiq ifadələr işlədərək Növbətçi Hissənin iş rejimini 30 dəqiqə ərzində pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahid qismində dindirilmiş X1 ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi məhkəmə iclasında vermiş olduğu özünün izahatı, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsi, xx xxxx 2020-ci il tarixli, MN 0651481-497 nömrəli inzibati xəta haqında protokol və protokola əlavə edilmiş sənədlərlə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki Şəxs xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməklə ayrılıqda hər maddə ilə barəsində inzibati tənbeh tətbiq edilməli və aşağdakı əsaslara görə onun barəsində yekun olaraq həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixində saat 19:40–da inzibati qaydada tutulmuşdur. Şəxs xx xxxx 2020-ci il tarixində saat 15:30-da azad edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli alkotesterdən görünür ki, Şəxs alkoqol testinin nəticəsi 1,237%-dir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzinati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 07 (yeddi) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 10 (on) gün müddətə inzibati həbs edilsin. Şəxs xx xxxx 2020-ci il saat 19:40-dan, xx xxxx 2020-ci il saat 15:30-dək tutulduğu 01 (bir) gün müddət, təyin olunmuş inzibati həbs müddətindən çıxılmaqla o, 09 (doqquz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar