Məhkəmə qərarları › İş №3(029)-344/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-344/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-344/2020 11.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxx 1963-cü ildə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası, Dağıstan Respublikası, Xunzak rayonu, Çondatl kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx xxxx 2020-ci il tarixdə, saat 21:10 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşı Şəxs idarə etdiyi “Volvo” markalı, M521OH05/PX238961 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, qoşqunun sağ tərəfindəki yeşiyin içərisində olan taxta qutunun arxa hissəsində olan boşluqlardan gömrük nəzarətindən gizlədilmiş 6 ədəd 0.7 litrlik “Чистые Росы” və 6 ədəd 1 litirlik “Kremlin” markalı araqlar aşkar olunaraq götürülmüş və saxlanılması üçün Şimal Ərazi Baş Gömrük İdarəsinin anbarına təhvil verilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə №01400-0985/20 saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/1180-9/2093 saylı ekspertiza rəyinə əsasən, tədqiqata təqdim olunmuş araqlar istifadəyə yaralıdırlar və həmin predmetlərin xx xxxx 2020-ci il tarixə mövcud olan ümumilikdə orta bazar qiyməti təxminən 720,00 (yeddi yüz iyirmi) manat təşkil edir. Eyni zamanda ekspert rəyində qeyd olunur ki, tədqiqata nümunə qismində təqdim olunmuş 1 ədəd 0.7 litrlik “Чистые Росы” və 1 ədəd 1 litrlik “Krenlin” markalı araq tədqiqata sərf edilmişdir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsinin tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-сı maddəsi ilə təqsirli bilinib Şəxs götürülmüş, Şimal Ərazi Baş Gömrük İdarəsinin anbarında saxlanılan, cəmi dəyəri xx xxxx 2020-ci il tarixə mövcud olan ümumilikdə orta bazar qiyməti təxminən 720,00 (yeddi yüz iyirmi) manat təşkil edən 6 ədəd 0.7 litrlik “Чистые Росы” və 6 ədəd 1 litirlik “Kremlin” markalı araqlar müsadirə edilsin. Qərarın surətini təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar