Məhkəmə qərarları › İş №3(029)-344/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-344/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-344/2023 06.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nizami oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2003-cü ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Aşağı İmamqulukənd kəndində yaşayan, Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:15 radələrində özünə məxsus RENAULT MEGANE markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qusar şəhəri Ə.Fərzəliyev küçəsi ilə Z.Əliyeva küçəsinin kəsişməsində idarə edərkən yolayrıcını keçmə qaydasını pozmuş və nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi Hyundai Elantra markalı 99SS174 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobillər əzilmiş, Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, xx.xx.2023-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inziubati tədbir görülməsi üçün qərarın surəti Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobili əks istiqamətli yolla idarə vetmiş, fikirli olduğundan buna diqqət etməmiş, nəticədə məlum yol nəqliyyat hadisəsi baş vermişdir. Hazırda əməlindən peşmandır, gələcəkdə belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 23 sentyabr 2023-cü il tarixdə Qusar şəhərində idarə etdiyi avtomobilə yolayrıcında dönmək istəyərkən Şəxs idarə etdiyi avtomobillə əks istiqamətli yolla gəlib onun yoluna çıxmış və nəticədə onunla toqquşmuşdur. Hadisə nəticəsində ona 3820 manat məbləğində maddi ziyan dəymiş, Şəxs həmin ziyanı ödəmək istəmir, sığorta şirkətindən almasını bildirir. Odur ki, həmin şəxsin barəsində qanuni tədbir tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 498 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- qapalı kəllə beyin travması halında baş beyin silkələnməsi küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla manevr etməsi, nəticədə yol nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə toqquşması, hadisə nəticəsində avtomobillərin əzilməsi və Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alması məhkəmə iclasında tədqiq edilən sübutlarla, o cümlədən inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən şəxslərin izahatları ilə tam sübuta yertirilmişdir. Odur ki, məhkəmə Şəxs əməlini Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tövsif edərək hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar