Məhkəmə qərarları › İş №3(029)-345/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-345/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-345/2020 11.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə xx xxxxxxxx 1959-cu ildə Balakən anadan olmuş, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki,xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “X3” markalı **-UV-***/**- ZE-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində olan mallara bağlı sorğu-sual edilən zaman, nəqliyyat vasitəsinin kabinasının tavan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdə 24 ədəd 50 ml-lik flakonlarda “Паклитаксел-Эбеве 300 мг” markalı dərman pereparatlarının olduğunu şifahi şəkildə gömrük nəzarətinə bəyan etmişdir. Lakin, qeyd olunan nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilən zaman, bəyan olunmuş 24 ədəd 50 ml-lik flakonlarda “Паклитаксел-Эбеве 300 мг” markalı dərman pereparatlarından əlavə, kabinin yataq yerinin altında olan boşluqdan gömrük nəzarətinə bəyan olunmayan hər flakonda 50 həb olmaqla 2 flokon “Допинг 250 мг”, 2 ədəd 15 ml-lik flakonda “Снуп”, 2 ədəd 150 ml-lik flakonda “Нурофен”, 2 qutu hər qutuda 2 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 40 həb “Нурофен”, 2 qutu hər qutuda 4 konvolyut hər konvolyutda 14 həb olmaqla 112 həb “Capoten 25 mg”, 2 qutu hər qutuda 3 konvolyut hər konvolyutda 10 kapsul olmaqla cəmi 60 kapsul “Омез 20 мг”, 2 qutu hər qutuda 2 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 40 həb “Мовалис 7,5 мг”, 4 qutu hər qutuda 6 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 240 həb “Форметин”, 2 qutu hər qutuda 3 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 60 həb “Блоктран ГТ” markalı dərman preparatları, 3 qutu hər qutuda 5 ədəd və açıq şəkildə 1 ədəd olmaqla cəmi 16 ədəd “Апидра Солостар 100 ЕД/мл” və 8 ədəd “Туджео Солостар 300 ЕД/мл” markalı şpris-qələmlər, 1 qutu 100 ədəd “BD Micro-Fine Plus 5 mm” və 1 qutuda 100 ədəd “insupen 32G 4 mm” markalı iynə qələm başlıqları, 2 qutu hər qutuda 50 ədəd olmaqla 100 ədəd “Onetouch” markalı test çubuqları və qablaşması ilə birlikdə 2 ədəd USB kabel aşkar olunaraq götürülmüş və saxlanc üçün Şimal Ərazi Baş Gömrük İdarəsinin anbarına təhvil verilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə №01400-1051/20 saylı, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxx 2020-ci il tarixli, 6/1288-9/2437 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş dərman preparatları dərman formalarına və kimyəvi tərkibinə görə adlarına uyğundur. “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Ekspertiza tədqiqatına təqdim edilmiş 15 adda dərman vasitələrinin və qablaşması ilə birlikdə 2 ədəd USB kabelin xx xxxx 2020-ci il tarixinə orta bazar qiyməti təxminən 3397.10 (üç min üç yüz doxsan yeddi manat on qəpik) manat müəyyən edilmişdir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanı törətməsi iş materialında olan özünün izahatı və hal şahidlərinin izahatları, xx xxxx 2020-ci il tarixli, № 01400-1051/20 saylı inzibati xəta haqqında protokoll və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsinin tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-сı maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan Şəxs götürülmüş, Şimal Ərazi Baş Gömrük İdarəsinin anbarında saxlanılan, xx xxxx 2020-ci il tarixinə orta bazar qiyməti təxminən 3397.10 (üç min üç yüz doxsan yeddi manat on qəpik) manat olan kabinin yataq yerinin altında olan boşluqdan gömrük nəzarətinə bəyan olunmayan hər flakonda 50 həb olmaqla 2 flokon “Допинг 250 мг”, 2 ədəd 15 ml-lik flakonda “Снуп”, 2 ədəd 150 ml-lik flakonda “Нурофен”, 2 qutu hər qutuda 2 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 40 həb “Нурофен”, 2 qutu hər qutuda 4 konvolyut hər konvolyutda 14 həb olmaqla 112 həb “Capoten 25 mg”, 2 qutu hər qutuda 3 konvolyut hər konvolyutda 10 kapsul olmaqla cəmi 60 kapsul “Омез 20 мг”, 2 qutu hər qutuda 2 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 40 həb “Мовалис 7,5 мг”, 4 qutu hər qutuda 6 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 240 həb “Форметин”, 2 qutu hər qutuda 3 konvolyut hər konvolyutda 10 həb olmaqla cəmi 60 həb “Блоктран ГТ” markalı dərman preparatları, 3 qutu hər qutuda 5 ədəd və açıq şəkildə 1 ədəd olmaqla cəmi 16 ədəd “Апидра Солостар 100 ЕД/мл” və 8 ədəd “Туджео Солостар 300 ЕД/мл” markalı şpris-qələmlər, 1 qutu 100 ədəd “BD Micro- Fine Plus 5 mm” və 1 qutuda 100 ədəd “insupen 32G 4 mm” markalı iynə qələm başlıqları, 2 qutu hər qutuda 50 ədəd olmaqla 100 ədəd “Onetouch” markalı test çubuqları və qablaşması ilə birlikdə 2 ədəd USB kabel müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar