Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-345/2021 09.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X2, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 Qusar rayon X6 Polis Bölməsinin 15 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətinə baxaraq, Müəyyən etdim Qusar rayon X6 Polis Bölməsinin 15 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ilə X3 Azərbaycan Respublikasının İXM-nin 290.1.4-cü maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon X6 Polis Bölməsinin həmin qərarının ləğv edilməsini və qərardan şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 və Qusar rayon X6 Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmlərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 132.2.4-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edirəm ki, X1 Qusar rayon X6 Polis Bölməsinin 15 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilməməlidir. Belə ki, X3 şikayət ərizəsində Qusar rayon X6 Polis Bölməsinin 15 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayəti, oğlunun xəstə olması səbəbindən vaxtında verə bilmədiyini və müddəti ötürdüyünü göstərsə də, bu barədə heç bir sübut ərizəyə əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsi ilə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 qanunla müəyyən edilmiş müddət ərzində Qusar rayon X6 Polis Bölməsinin 15 may 2021-ci il tarixli MN ******* saylı qərarından şikayət verməmiş və həmin qərardan şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, hesab edirəm ki, X1 Qusar rayon X6 Polis Bölməsinin 15 may 2021-ci il tarixli MN ******* saylı qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsi qeyri-mümkün hesab edilməli və müddətin bərpasına dair vəsatəti rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Qusar rayon X6 Polis Bölməsinin 15 may 2021-ci il tarixli MN ******* saylı qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilsin. Qərardaddan şikayət verilə bilməz. Qusar rayon Məhkəməsinin hakimi: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(029)-345/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-345/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver