Məhkəmə qərarları › İş №3(029)-346/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-346/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-346/2020 04.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1992-ci ildə Qusar rayonu, Hil kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb edilmiş, Qusar rayonu, Hil kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 17:47 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində “Vaz 21703” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB YPXİ-ru polis serjantı Dövlətov Şakir Vaqif oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 334.2-ci maddələri ilə xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 17:40 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində dostu Həsənbəyov Amikə məxsus “Vaz 21703” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış, ondan sənədləri təqdim edilməsi xahiş edilmiş, sənədləri təqdim etdiyi zaman nəfəsindən spirtli içkinin iyi gəldiyi üçün alkotester müayinəsindən keçirilmiş və onun avtomobili sərxoş vəziyyətdə nəqliyat vasitəsinin hüququ olmadan idarə etməsi müəyyən edilmişdir. Həmin gün Qusar rayonu, Hil kəndində dostu Amik ilə birlikdə spirtli içki qəbul etmişdir. Əməlindən peşmandır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 642164 seriyalı texniki vasitənin (alkotester) nəticələrini əks etdirən qəbzdən görünür ki, Şəxs inzibati xəta aşkar olunduğu zaman 0.488 faiz dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 149-14000-1220 saylı arayışdan görünür ki, Qusar rayon Hil kənd sakini Şəxs adına Azərbaycan Respublikası DİN BDYPİnin informasiya sistemində hər hansı bir kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş Qusar rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(029)-302/2020 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs həmin inzibati xətanın törətməsi xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı protokol ilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxsin törətdiyi əməlini səmimi etiraf etməsi və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İnzibati xəta törətmiş şəxsin inzibati xətanı sərxoş halda və eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115,128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar