Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-348/2021 02.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, xx.xx.1987-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 27.05.2021-ci il tarixdə dostu Vahid Haşımovla və Eldar Əlimovla birlikdə narkotik vasitə olan heroin istifadə etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 1008700-897 saylı 02.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs narkotik vasitə olan heroin istifadə etməsi göstərilsə də, bu barədə müvafiq tibbi rəy protokola əlavə olunmamışdır. Bununla da, inzibati xəta haqqında protokol natamamdır və baxılarkən tamamlanması mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 02.08.2021-ci il tarixli MN 1008700-897 saylı protokol natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından həmin protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 02.08.2021-ci il tarixli MN 1008700-897 saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon Polis Şöbəsinə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(029)-348/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-348/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver