Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-349/2020 20.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsindən daxil olmuş hüquqi şəxs “Şəxs ” MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim olunmuş Qusar rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, hüquqi şəxs “Şəxs ” MMCmülkiyyətində olan “Mitsubishi” markalı **-AA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx xxxx 2020-ci il tarixdə saat 18:14 radələrində Bakı istiqamətində 138-ci kmdə inzibati xəta törədilməsi zamanı idarə etmiş şəxs barədəsində olan məlumatları sorğu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində təqdim etməmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB-nin İTÜİ-ru polis kapitanı X1 tərəfindən hüquqi şəxs “Şəxs ” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Qusar rayon Polis Şöbəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs ” MMC məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin Qusar rayon Polis Şöbəsinin nümayəndəsi və “Şəxs ” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən Qusar rayon Polis Şöbəsinin nümayəndəsinin və hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Qusar RPŞ-ə tərəfindən hüquqi şəxs “Şəxs ” MMC-yə göndərilmiş məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixdə , saat 18:14 radələrində hüquqi şəxs “Şəxs ” MMC-yə məxsus “MİTSUBİSHİ L200” markalı **-AA-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən şəxs tərəfindən Bakı istiqamətində 138-ci km-də yolda müəyyən edilmiş hərəkət surətini 21km/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Odur ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən fiziki şəxs barəsində məlumat (adı, soyadı, sürücülük vəsiqəsinin seriya və mömrəsi) verilməsi xahiş edilmişdir. İş materiallarında olan Qusar rayon RPŞ-ə tərəfindən hüquqi şəxs “Şəxs ” MMC-yə ünvanlanmış bildiriş “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə xx xxxx 2020-ci il tarixdə imza edilərək qəbul edilmişdir. İş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edirəm ki, hüquqi şəxs “Şəxs ” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hüququ şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati tənbeh növü cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-349/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-349/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver