Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-350/2022 07.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Şəxs haqqında Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar şəhəri Nurəddin Şərifov küçəsində yerləşən “X4 Örtükləri” obyektinin fasadında xx.xx.2022-ci il tarixdə yayım haqqını ödənilmədən reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin aparıcı müfəttişi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilməsi barədə Şəxs heç bir məlumat verilməmiş, həmin şəxsə protokolun surəti təqdim edilməmiş, həmin şəxs tərəfindən protokola imza edilməmişdir. İnzibati protokolun Şəxs təqdim edilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Bununla da, inzibati xəta haqqında protokol natamamdır və işə baxılarkən tamamlanması mümkün deyildir. Bundan başqa, protokolun giriş hissəsində Şəxs haqqında məlumatlar da tam göstərilməmiş, həmin şəxsdən izahat alınmaqla protokola əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.3, 100.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən İnzibati xəta haqqında işin baxılmağa hazırlanması Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmaması, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcud olub-olmaması, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, işin icraatını rədd edən hallar mövcud olub-olmaması, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatların verilib-verilməməsi, iş üzrə vəsatətlər və etiraz etmənin olub-olmamasını həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlir ki, Şəxs haqqında Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin aparıcı müfəttişi X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı protokol düzgün tərtib olunmadığından, həmçinin təqdim edilmiş materiallar natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş həmin idarəyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs haqqında Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin aparıcı müfəttişi X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı protokol və ona əlavə edilmiş sənədlər həmin İdarəyə geri qaytarılsın. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-350/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-350/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver