Məhkəmə qərarları › İş №3(029)-350/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-350/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-350/2023 06.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Qusar-Şirvanlı kənd yolu ilə Samur-Yalama kənd yolunun kəsişməsində “VAZ 21103” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşı hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş, Zərərçəkmiş şəxs idarə etdiyi “Nissan Sunny” markalı ** VZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə izahatında göstərmişdir ki, o, qeyd edilmiş tarixdə sürücülük hüququ olmadan yol nəqliyyat hadisəsini törətmişdir. Hadisə zamanı avtomobil ona məxsus olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə maddi zərər ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək izahatında göstərmişdir ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsində zərərçəkmiş şəxsdir. Onun avtomobilinə zərər dəymişdir. Aktda ona 880 manat zərər dəydiyi qeyd edilsə də, onun avtomobilinə təxminən 1500-2000 manat ziyan dəymişdir. Hazıradək ona dəymiş maddi ziyan ödənilməmişdir. Hazırda Şəxs 1500 manat pul tələb edir. İş materiallarında olan AD № 769888 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Sunny” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarında olan Qusar rayon “VAZ” kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli SMETA (haqqı hesab) Aktdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Nissan Sunny” markalı ** VZ *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi ziyan 880 (səkkiz yüz səksən) manat civarındadır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, Şəxs yetkinlik yaşına çatmış şəxs deyildir. Baş vermiş yol nəqliyyat hadisəsindən səmimi peşmandır. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah edilsin ki, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar