Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-351/2022 09.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1968-ci ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Qusar rayonu Çiləgir kəndində yolun kənarında yamaclıq hissədə qanunsuz olaraq 2 ədəd çətənə “Kannabis” kolu əkməklə şəxsi istifadə məqsədi ilə becərmiş qanunsuz olaraq əldə etmiş saxlaması və daşıması yaşadığı evdə çəkisi 5.241 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açılmış, digər hissədə Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Şəxs Qusar rayonu Çiləgir kəndində yolun kənarında yamaclıq hissədə qanunsuz olaraq 2 ədəd çətənə “Kannabis” kolu iş üçün əhəmiyyət kəsb etdiyindən məhv edilməsi üçün müvəqqəti olaraq Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Qusar RPŞ-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə MN 1398506-429 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7/867 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs məxsus olan yaşayış evindən...” yazıları və imzalar olan sarı rəngli kağız paketdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-5,241 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Şəxs tərəfindən əkilmiş 02 ədəd narkotik tərkibli bitkiyə bənzər kollar” yazılar və imzalar olan üzər skoçla bağlanmış qara rəngli polietilen bağlamada yaş vəziyyətdə ümumi sayı 2 ədəd ümumi çəkisi- 20,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. -Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. -təqdim olunmuş marixuana ilə çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. İş materiallarında olan “X1” X3 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 1968-ci il təvəllüdlü Şəxs müddətsiz 3-cü qrup əlildir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 20.0 qram çəkidə 2 (iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130, 156-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 20,0 qram çəkidə 2 (iki) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-351/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-351/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver