Məhkəmə qərarları › İş №3(029)-352/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-352/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-352/2023 13.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi X8 Əliyev Rahib Malik oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1985-ci ildə Qusar rayonu Yasab-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs Qusar rayon məhkəməsinin 2(029)-1004/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə yaranmış 2493 manat məbləğində aliment borcunu tələbkar X3 ödəməkdən qərəzli olaraq yayınmışdır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(029)- 1004/2018 saylı icra sənədinə əsasən Şəxs 10 avqust 2018-ci il tarixdən başlayaraq 24 iyun 2016-cı il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Borclu Şəxs Qusar rayonu Yasab-oba kənd orta məktəbində ocaqçı işləyir, işi mövsümi xarakter daşıyır, qış aylarında 359 manat əmək haqqı alır. Yay aylarında isə işləmir. Alimentin ödənilməsi Bəhruzun əmək haqqına yönəldilmişdir. Lakin, sonradan Bəhruz işləmədiyinə görə əmək haqqı almamış, aliment borcunu ödəməmişdir. Tələbkar Bəhruza təklif etmişdir ki, hər ay ondan tutulan 200 manat alimenti və qalan borcdan da hər ay 50 manat ödəsin, lakin Bəhruz razı olmamışdır. Bəhruzun digər nikahından da uşaqları var, həmin uşaqlara görə də aliment ödəyir. Odur ki, həmin şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Yasab-oba kənd orta məktəbində ocaqçı işləyir. İşi mövsümi xarakter daşıyır, ildə 6 ay-yəni qış aylarında işləyir, 6 ay, yay aylarında isə iş olmur və əmək haqqı almır. Qış aylarında o, işlədiyi məktəbdən hər ay 290 manat məbləğində əmək haqqı alır və həmin məbləğin 200 manatını hər ay aliment ödəyir. Yaya aylarında o, ot bişçməklə pul qazanmış və bir dəfəyə 1500 manat məbləğində pulu Oksanaya vermiş və razılaşmışlar ki, aprel ayına kimi ondan pul tələb etməyəcəkdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-1004/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 10 avqust 2018-cicil tarixdən başlayaraq 24 iyun 2016-cı il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2018-ci il tarixli 3546/18 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-1004/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 12 fevral 2019-cu il tarixli 3(029)-42/2019 saylı qərarının surətindən görünür ki, Əzizov X5 Hacıyevaya olan 550 manat məbləğində aliment borcunu ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur, pensiya və ya sosial ödəniş almır. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, maddi imkanı olmadığına görə aliment borcunu ödəməmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclu ödənilməli olan borcun miqdarından asılı olmayaraq, icrası məcburi olan və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmənin aktına səthi və etinasız yanaşması nəticəsində məhkəmə hakimiyyətini nüfuzdan salmaqla, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 noyabr 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar