Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-353/2020 10.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxxxx 1967-ci il tarixdəQuba rayonu Xınalıq kəndində anadan olmuş, evli, orta təhsilli, qaynaqçı, inzibati məsuliyyətə cəlb edilməmiş, Qusar rayonu Lanqo kəndindəqeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(029)-631/2018 saylı və 3 saylı ərazi vergilər idarəsinin xx xxxx 2020-ci tarixli icra sənədlərinə əsasən borcu ödəməkdən yayınır. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərdi ki,Qusar rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(029)-631/2018 saylı icra sənədlərinə əsasən Şəxs 3508.20 (üç min beş yüz səkkiz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 verilməlidir. Həmçinin 3 saylı ərazi vergilər idarəsinin xx xxxx 2020-ci tarixli icra sənədinə əsasən borclu Şəxs 631.18 (altı yüz otuz bir manat on səkkiz qəpik) manat borcu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qusar rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(029)-631/2018 saylı və 3 saylı ərazi vergilər idarəsinin xx xxxx 2020-ci tarixli icra sənədinə əsasən borclu Şəxs tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini üzürsüz səbəbdən tam icra etməmiş, ondan izahat alınmasına baxmayaraq o, icra sənədinə məsuliyyətsiz yanaşmış, icra sənədinin tam icra edilməsindən boyun qaçırmışdır. Sonuncu dəfə 2020-ci ilin fevral ayında borcun müəyyən hissəsini ödəmişdir. Dörd dəfə Qusar rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və hər dəfə də borcunu ödəyəcəyinə söz vermiş lakin əməl etməmişdir. Bu gün borclu məcburi qaydada polis vasitəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Hal-hazırda borclu Şəxs cəmi 3391.18 (üç min üç yüz doxsan bir manat on səkkiz qəpik) manat borcu vardır. Odur ki, Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qusar rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(029)-631/2018 saylı icra sənədlərinə əsasən ondan 3508.20 (üç min beş yüz səkkiz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 verilməlidir. 3 saylı ərazi vergilər idarəsinin xx xxxx 2020-ci tarixli icra sənədinə əsasən ondan 631.18 (altı yüz otuz bir manat on səkkiz qəpik) manat borcu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Maddi vəziyyəti çətindir, icra sənədində qeyd edilmişməbləği tamödəmək iqtidarında deyildir. Hal hazıra kimi Faiq Quliyevin borcundan 748.20 (yeddi yüz qırx səkkiz manat iyirmi qəpik ) borcu ödəyib. Ümumi qalan 3391.18 (üç min üç yüz doxsan bir manat on səkkiz qəpik) manat borcu hissə-hissə ödəyəcəkdir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, inzibati xəta törətmiş şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan icra sənədi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Həmin hərəkəti iləŞəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər
Məhkəmə qərarları › İş №3(029)-353/2020
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-353/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver