Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-353/2025 25.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Şəxs MMC haqqında Azərbaycan Respublikasının İXM-nin 324-1.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:10-da Qusar rayonu, Samur gömrük məntəqəsində yoxlama zamanı "xxxx" MMC-yə məxsus **-SD-*** dövlət qeydiyyat nişanlı, “DAF” markalı avtonəqliyyat yük maşınına qeyri-qanuni olaraq icazə blankı ötürülmüşdür. Faktla bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin inspektrou X1 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 324-1.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin nümayəndəsi X3 protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, inzibati xəta hadisəsinin bilərəkdən yaxud bilməyərəkdən törədilməsindən asılı olmayaraq hüquqi şəxs tərəfindən həmin xəta törədilmiş, yəni Şəxs MMC-yə məxsus icazə blankı qanunsuz olaraq "xxxx" MMC-nin sürücüsünə ötürülmüşdür. Bununla da inzibati xəta hadisəsi hüquqi şəxs tərəfindən törədilmişdir. Göstərilənlərin nəzərə alınaraq hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahatında protokol üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Şəxs MMC-yə məxsus yüklərin daşınması barədə icazə blankı yanlışlıq olaraq "xxxx" MMC-yə məxsus sürücüyə təqdim edilmişdir. Belə ki, onlar icazə vərəqələrini taksi sürücüsünə təqdim edərək **-SD-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünə təqdim edilməsini tapşırmışlar. Həmin taksi sürücüsü isə səhvlik olaraq Şəxs MMC-yə məxsus icazə blankını "xxxx" MMC-nin sürücüsünə təqdim etmişdir. Yoxlama zamanı isə aşkar olunmuşdur ki, həmin icazə vərəqəsi qanunsuz olaraq ötürülmüşdür. Bu barədə məlumat aldıqdan dərhal sonra dövlət orqanına müraciət etdiyini, lakin həmin müraciəti təsdiqləyəcək sənədləri məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Nümayəndə həmçinin həmin halın həm ölkə daxilində, həm də ölkə xaricində inzibati xəta hadisəsi olduğunu bildiyini, ona görə də həmin hala bilərəkdən yol verməyəcəyini, məsələnin sadəcə bir səhvlik olduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və məhkəmə iclasında verilmiş izahatları tədqiq edərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 324- 1.1-ci maddəsində göstərilmiş inzibati xəta hadisəsi törədilmişdir və hüquqi şəxs həmin maddənin sanksiyasında göstərilən həddə inzibati tənbehə məruz qalmalıdır. Belə ki, hüquqi şəxsin nümayəndəsi protokol üzrə özlərini təqsirli bilməsələrdə məhkəmə iclasında izahatında inzibati xəta hadisəsinin onlar tərəfindən səhvən olaraq törədildiyini təsdiq edən etirafedici izahat vermişdir. O, izahatında həmin xətanın taksi sürücüsünün səhvliyi ucbatından baş verdiyini bildirmişdir. Lakin məhkəmə hesab edir ki, xətanın subyekti Şəxs MMC-dir. Çünki sözügedən icazə blankı Şəxs MMC-nin möhürü ilə möhürlənərək həmin hüquqi şəxsə məxsusdur. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, həmin icazə blankının düzgün olaraq hüquqi şəxsə məxsus avtomaşına çatdırılmasını təmin etmək hüquqi şəxsin məsuliyyətidir. Lakin hüquqi şəxs həmin icazə blankının düzgün avtomaşına çatdırılmasını təmin etməmiş, lazımi diqqəti yetirməmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 324-1.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsi hüquqi şəxs tərəfindən törədilmişdir. Məhkəmə işin digər hallarını nəzərə alaraq hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 324-1.1-ci maddəsinə əsasən “İcazə” blankının (jurnalının) doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının (jurnalının) başqa şəxsə ötürülməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi ilə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-353/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-353/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver