Məhkəmə qərarları › İş №3(029)-354/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-354/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-354/2022 22.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1996-cı ildə Quba rayonu Ərməki kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 30 avqust 2022-ci il tarixdə saat 22:00 radələrində bir baş qızılı rəngli inəyi Qusar-Şahdağ yolunun 6-cı kilometrliyində asfalt örtüklü yolda nəzarətsiz qoymuş, nəticədə inək həmin yolda hərəkətdə olan, Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz markalı ** KS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobil əzilmiş və Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə özünü tam təqsirli bilir və əməlindən peşimandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. O, dəymiş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öz aralarında razılığa gəlmişlər, həmin şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, nəzərə alınmasını xahiş edir. Bundan başqa, şəxsi işlərinin çox olması səbəbindən məhkəmə iclaslarına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılaraq yuxarıda qeyd olunan halların nəzərə alınmasını xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ona dəymiş zərərin ödənilməsi ilə bağlı Şəxs ilə öz aralarında razılığa gəlmişlər, onun həmin şəxsə qarşı heç bir şikayəti yoxdur. Odur ki, nəzərə alınmasını xahiş edir. Bundan başqa o, şəxsi işlərinin çox olması səbəbindən məhkəmə iclaslarına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılaraq yuxarıda qeyd olunan halların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan fiziki şəxs (VÖEN **********) X1 tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli “Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (Haqq hesab)” Aktından görünür ki, Mercedes Benz E240 minik markalı 99KJ380 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 1310 (min üç yüz on) manat təşkil edir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmaması məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar