Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-358/2020 13.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Kazımov Rafiq Vəli oğlu ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək Müəyyən etdim: ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış, həmin şəxsin izahatı alınmamış, material natamam təqdim edilməmiş, işə baxılarkən tamamlamaq mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 62-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək və digər hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, məhkəməyə göndərilirmiş inzibati xəta haqqında material qanunvericiliyin tələblərinə riayət edilmədən göndərilmiş, həmçinin natamam olduğundan və tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı və 128-130-cu maddələrini rəhbər tutub Qərara aldım:
1. ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında material Qusar rayon Polis Şöbəsinə geri qaytarılsın. 2.Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.