Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-358/2023 27.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Qusar rayonunda anadan olmuş, Qusar rayonu, Xuray kəndində yaşayan , Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus, Qusar rayonu Xuray kəndində yerləşən torpaq sahəsində dəmir boruları sındırmış, əzmiş və çıxarmışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və həmin bölmənin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasında özgənin əmlakını qəsdən məhv etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Qusar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, protokolda göstərilən torpaq sahəsi əvvəllər ona məxsus pay torpaq sahəsi olmuş, sonra həmin torpaq sahəsini zərərçəkmiş şəxsə satmışdır. Həmin torpaq sahəsindən imtina etməsi ilə bağlı notarial qaydada ərizə də vermişdir. Həmin torpaq sahəsini zərərçəkmiş şəxs mişar daşları ilə hasara almış, dəmir borular da basdırmışdır. Zərər çəkmiş şəxsə dəmir borular əvəzsiz qaydada hədiyyə etmişdir. Məhkəməyə təqdim olunmuş fotoşəkildə göstərilən dəmir boruları o sındırmış və əymişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona maddi zərər vurduğunu, maddi zərəri tələb etdiyini bildirmişdir. Torpaq sahəsinin qorunması üçün mişar daşları ilə hasara almış, mişar daşlarının üzərinə dəmir borular basdırmışdır. Şəxs dəmir boruları sındırıb, əyməklə ona maddi ziyan vurmuşdur. Son məhkəmə iclasına Zərərçəkmiş şəxs gəlməmiş, teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında, həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olduğunu və həmin torpaq sahəsinin əvvəldən hasarlandığını bildirmişdir. Sonradan həmin hasar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən sökülərək, yerində yeni hasar tikilmişdir və onun bu barədə xəbəri olmamışdır. Borular və dəmir tor Zərərçəkmiş şəxs məxsus olub. İş materiallında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, çəpərdəki boruların sındırılması, zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs 101 manat, 68 qəpik ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan Qusar rayon X1 Heyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus olan 15.6 metr dəmir boru əzilmiş və sındırılmışdır ki, borunun 1 metri 2 manat 80 qəpik cəmi 43 manat 68 qəpik təşkil edir. Həmin boruları yerinə bərpa etmək üçün bir kisə sementə ehtiyyac var ki, bu da 8 manat edir. Həmin boruların yerinə bərpasına usta pulu kimi 50 manat lazımdır. Vətəndaş Zərərçəkmiş şəxs cəmi 101 manat 68 qəpik maddi ziyan dəymişdir. İş materiallarında olan izahatlardan, sənədlərdən və fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həqiqətən də 101 manat 68 qəpik maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə-yəni 101 (yüz bir) manat 68( altmış səkkiz) qəpik məbləğdə cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-358/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-358/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver