Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-359/2020 14.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Kazımov Rafiq Vəli oğlu Qusar rayonu, İmamqulukənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək Müəyyən etdim: Qusar rayonu, İmamqulukənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Qusar RPŞ-nin İTB-ni rəisin, X5 Məmmədovun raportu əsasında toplanmış material üzrə Qusar RPŞ-nin TB-nin baş təhqiqatçısı polis baş leytenantı Elşad Əhmədov tərəfindən xx xxxx 2020-ci il tarixdə Məmmədov Ramiz Mövsüm oğlu, X2, X1 və Şəxs barəsində “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü İTB-nə göndərilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis moyoru X3 tərəfindən Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Qusar rayonu, İmamqulukənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nə vaxt, harada anadan olması, hansı ölkənin vətəndaşı olması, hansı ünvanda yaşaması qeyd edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolunda Şəxs xırda xuliqanlıq törətdiyi və bu zaman polisin qanuni tələbinə qəsdən tabe olmaması göstərilsə də, onun məhz hansı hərəkətlər törətməsi, onun törətdiyi əməllərin məhz hansı hərəkətlərdə ifadə olunması dəqiq göstərilməmiş, bununla da, inzibati xəta haqqında protokolda həm də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə istinad olunan inzibati xətaların mahiyyəti göstərilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü qismən təqsirli bildiyi qeyd olunsa da, onun izahatı tam şəkildə alınmaqla protokolda bu barədə müvafiq qeyd aparılmamış və ya ayrıca izahat almaqla protokola əlavə olunmamışdır. Bununla da, həmin protokol Azərbaycan Respublikasının İXM-nin tələbləri pozulmaqla tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 62-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək və digər hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, məhkəməyə göndərilirmiş inzibati xəta haqqında material qanunvericiliyin tələblərinə riayət edilmədən göndərilmiş, həmçinin natamam olduğundan və tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı və 128-130-cu maddələrini rəhbər tutub Qərara aldım:
1. Qusar rayonu, İmamqulukənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında material Qusar rayon Polis Şöbəsinə geri qaytarılsın.
2. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.