Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-359/2022 20.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1963-cü ildə Qusar rayonu Quxur kəndində anadan olmuş, Qusar rayonu Quxur-oba kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Şəxs barəsində Qusar Rayon Polis X2 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şıxkərim qızını Qusar RPŞ-nə ərizə ilə müraciət edərək həyat yoldaşı Şəxs tərəfindən döyülməsini bildirmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin təhqiqatçısı, polis mayoru Əmrulla Rəhimov tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs Şıxkərim qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qusar RPŞ-nin İTB-nə verilmişdir. Qusar RPŞ-nin Samur PB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN № 1352748-131 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, həyat yoldaşına hər hansı bir xəsarət yetirmədiyini, əksinə arvadı tərəfindən döyüldüyünü bildirmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şıxkərim qızı inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq edərək həqiqətən də xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Şəxs yaşadıqları evdə onu sillə və yumrulqa döyərək xəsarət yetirdiyini göstərmişdir. Şəxs barəsində qanuni inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəi ilə təqsirli bilinsin 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 sentyabr 2022-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-359/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-359/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver