Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-359/2023 23.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonu Alakol kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2023 tarixdə saat 06:15 radələrində “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Rspublikasının vətəndaşı Şəxs idarə etdiyi “X1 1844LS” markalı 99UX420/99ZF420 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı,nəqliyyat vasitəsinin kabinasının tavan hissəsindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan edilməyən 20 ədəd üzərində “ПЛАЗМОФИЛЬТР МЕМБРАННЫЙ ПФМ-800” yazısı olan qan təmizləyici filtir aşkar olunaraq protokol əsasında götürülmüşdür. İş üçün əhəmiyyətini nəzərə alıb, 30 oktyabr 2023-cü il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad tərtib olunmuş və ekspertizanın keçirilməsi “Azerekspertiza” Birliyinin xx.xx.2023-cü il tarixli , 011/23-x nömrəli ekspertiza rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim olunmuş hüquqpozma predmetlərinin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 960 (doqquz yüz altmış) manat təşkil edir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli 01400-08979/23 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənlər üzrə özünü təqsirli bilmiş və əməlindən peşman olduğunu bildirmişdir. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 011/23 saylı ekspert rəyinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş “ПЛАЗМОФИЛЬТР МЕМБРАННЫЙ ПФМ-800” qan yuyulması üçün birdədəlik filterlərdir və təqribi bazar qiyməti 1(bir) ədədi 48 manat təşkil edir. Müvafiq olaraq 20 ədədinin cəmi qiyməti 960 manatdır. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faiziyəni 384 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-359/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-359/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver